Əcnəbilərin portfellərindəki manat depozitləri kəskin böyüyür

Azərbaycanda qeyri-rezidentlərin banklardakı depozitlərinin həcmi 2026-cı ilin iyul ayında 1 milyard 484.5 milyon manata çatıb.

Banker.az Mərkəzi Bankın məlumatlarına istinadən xəbər verir ki, qeyri-rezidentlərin depozitləri ötən ilin iyul ayı ilə müqayisədə 122.2 milyon manat və ya 9% artıb. 2025-ci ilin iyulunda bu göstərici 1 milyard 362.3 milyon manat təşkil edib.

Bununla belə, ilin əvvəlindən qeyri-rezident depozitlərində 24 milyon manat və ya 1.6% azalma qeydə alınıb. Yanvarın əvvəlində göstərici 1 milyard 508.5 milyon manat olub.

İllik artım əsasən milli valyutada olan depozitlərin artması hesabına formalaşıb. Belə ki, iyulda qeyri-rezidentlərin manat depozitləri 694.3 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 160.8 milyon manat və ya 30.1% çoxdur. Halbuki, yerli əhalinin manatdakı depozitləri illik müqayisədə 23% artaraq 12 mlrd. 181 mln. manata yüksəlib.

İlin əvvəlindən isə manat depozitləri 102.7 milyon manat və ya 17.4% artıb.

Xarici valyutada olan depozitlər isə əksinə, həm illik, həm də ilin əvvəlindən azalıb. İyulda bu kateqoriya üzrə depozitlər 790.2 milyon manat təşkil edib. Bu, ötən ilin iyuluna nisbətən 38.6 milyon manat və ya 4.7% azdır.

İlin əvvəlində qeyri-rezidentlərin xarici valyutada depozitləri 916.9 milyon manat olduğu halda, iyulun sonunda 126.7 milyon manat və ya 13.8% azalaraq 790.2 milyon manata düşüb.

Beləliklə, iyulun sonunda qeyri-rezidentlərin depozitlərinin 46.8%-i manat, 53.2%-i isə xarici valyutada formalaşıb. Bir il əvvəl bu nisbət müvafiq olaraq 39.2% və 60.8% olub. Bu isə qeyri-rezident depozitlərində də manatlaşmanın gücləndiyini göstərir.

Depozitlər, mln. manat ekv.
Tarix Qeyri-rezidentlər ondan
milli valyuta ilə xarici valyuta ilə
2025
Yanvar 1331.5 485.5 846.1
Fevral 1245.5 488.2 757.3
Mart 1331.3 484.5 846.9
Aprel 1344.9 499.9 845.1
May 1364.2 523.3 840.9
İyun 1373.9 525.2 848.7
İyul 1362.3 533.5 828.8
Avqust 1364.7 536.1 828.6
Sentyabr 1357.2 538.3 818.9
Oktyabr 1376.3 547.5 828.8
Noyabr 1441.9 547.9 894.0
Dekabr 1493.1 596.6 896.5
2026
Yanvar 1508.5 591.6 916.9
Fevral 1518.4 604.3 914.1
Mart 1486.3 658.8 827.5
Aprel 1497.1 672.9 824.1
May 1450.5 677.5 773.0
İyun 1476.2 687.0 789.2
İyul 1484.5 694.3 790.2
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər