“Azərbaycan Beynəlxalq Bankı” ASC indiyə qədər 14,7 mlrd. manat məbləğində öhdəliyini restrukturizasiya edib.
Bunu “Moody’s” Beynəlxalq Reytinq Agentliyinin Bakıda keçirilən illik konfransında qurumun vitse-prezidentinin köməkçisi Pyotr Paklin deyib.
Bundan başqa, onun sözlərinə görə, Azərbaycan depozitlərin dollarlaşma göstəricisinə görə hələ də MDB məkanında 1-cidir: “2017-ci ilin yekununda depozitlərin 72,4%-i dollarda olub. Bu rəqəm 2016-cı ilin yekununda 75,3% təşkil edib”.