ABŞ-də bir qallon (3,79 litr) dizel yanacağının orta qiyməti tarixi maksimuma yüksələrək 6 ABŞ dollarına çatıb.
Banker.az xəbər verir ki, bu barədə yanacaq bazarında qiymət dinamikasını izləyən analitik “GasBuddy” xidməti məlumat yayıb.
“Ölkə üzrə dizel yanacağının orta qiyməti bir qallon üçün 6 dollar həddinə çatıb. Müşahidələrin bütün tarixində ilk dəfə belə hal qeydə alınıb”, – deyə məlumatda bildirilir.
Qeyd olunur ki, cəmi bir il əvvəl ABŞ-da bir qallon dizel yanacağının orta qiyməti təxminən 3,70 dollar olub. Beləliklə, illik artım 2,30 dollar təşkil edib.
Dizel yanacağı iqtisadiyyatın fəaliyyəti üçün əsas yanacaq növlərindən biri hesab olunur. Ondan yük avtomobillərinin, kənd təsərrüfatı texnikasının və tikinti maşınlarının yanacaqla təmin edilməsində geniş istifadə edilir.
Xatırladaq ki, avqustun ortalarında ABŞ-ın vitse-prezidenti Cey Di Vens bildirib ki, ölkədə neft və qaz qiymətlərinin sabit saxlanılması, eləcə də İranın nüvə silahına sahib olmasının qarşısının alınması Vaşinqtonun Tehranla qarşıdurmada əsas məqsədlərindəndir.







