16 C
Baku
Monday, November 10, 2025

Dövlət müəssisələrinin qeyri-profil aktivləri özəlləşdirilməlidir, Komitə sədri bildirir

Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov dövlət müəssisələrinin təkrar strukturlaşdırılması və onların qeyri-profil aktivlərinin özəlləşdirilməsinin vacib olduğunu hesab edir.

“Əsas vəzifələrimizdən biri iri dövlət müəssisələrində qeyri-profil aktivləri müəyyən etməkdir. Biz sağlamlaşdırma və təkrar strukturlaşdırılma həyata keçirməliyik”, – K.Həsənov çərşənbə axşamı jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bundan sonra dövlət müəssisələrində qeyri-profil strukturları özəlləşdirməyə çıxarılmalıdır. “Bununla dövlət müəssisələrinə təzyiq azalacaq, dövlət büdcəsinin xəcləri azalacaq, bu da öz növbəsində dövlət müəssisələrinin daha sağlam fəaliyyətini təmin edəcək”, – K.Həsənov əlavə edib.

Son xəbərlər
Digər xəbərlər