DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində yeni təyinat

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin törəmə təşkilatı olan “DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətdə yeni təyinat olub.

Banker.az xəbər verir ki, Füzuli Mehdiyev DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində Rəqəmsal idarəetmə və strateji inkişaf departamentinin rəhbəri vəzifəsinə təyin olunub.

O, 2023-cü ilin yanvar ayından 2026-cı ilin avqust ayına kimi  DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktor müşaviri kimi çalışıb.

Füzuli Mehdiyev 2009–2013-cü illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisası üzrə bakalavr dərəcəsi alıb. Daha sonra, 2014–2016-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Biznesin idarə edilməsi (MBA) üzrə magistr təhsilini tamamlayıb.

Xatırladaq ki, “DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyət DOST Agentliyinin Müşahidə Şurasının 17 dekabr 2021-ci il tarixli 4 nömrəli qərarı ilə təsis edilmişdir.

Cəmiyyət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyində olan qurumların informasiya-kommunikasiya məsələlərinin vahid şəkildə idarə edilməsi, Nazirliyin informasiya texnologiyaları siyasətinin müəyyənləşdirilməsi, dövlət və qeyri-dövlət qurumlarının informasiya bazaları ilə qarşılıqlı inteqrasiyası, elektron xidmətlərin təşkili və dayanıqlılığının təmin edilməsi, informasiya sistemlərinə dəstəyin göstərilməsi və inkişaf etdirilməsi, informasiya sistemlərinin səmərəli və təhlükəsiz işinin təmin edilməsi və bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində fəaliyyət göstərir.

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər