Banker.az monitorinq qrupu olaraq fərqli dövrlərdə taksit kartların müxtəlif xüsusiyyətləri haqqında olan məqalələri Siz oxucularla bölüşmüşük. Bu məqalələr taksit kartların nağdlaşma funskyaları, cash-back xüsusiyyətləri, taksit imkanları, grace – period imkanları, depozit kartı funskiyaları və s.haqqında olub. Hətta ayrı-ayrı vaxtlarda bu xüsusiyyətlərə görə fərqlənən və lider olan kartlar haqqında da fikirlərimizi Sizlərlə bölüşmüşük. Yəqin bizimlə razılşarsız ki, istənilən məhsulun üstünlüklərinin çox olması onun qiymətində öz əksini tapır. Taksit kartlar da , xüsusi imtiyazlı kartlar olduğundan onların qiyməti digər kart məhsulları ilə müqayisədə nisbətən çoxdur. Monitorinq qrupumuz bugünkü araşdırma mövzusu olaraq məhz taksit kartların qiymətinə və bu qiymətin hansı müddətə görə təyin olunmasına görə araşdırma aparıb. Bir məqamı vurğulamaq istərdik ki, kartların qiyməti baxımından bankların 3 yanaşması mövcuddur:
- Birdəfəlik komissiya – yəni kartı əldə edən zaman müştəri tərəfindən müəyyən məbləğ (yalnız 1 dəfə) ödənilir.
- İllik xidmət haqqı – kartın aktiv olduğu hər 1 ilə görə müştəri Banka müəyyən məbləğdə illik xidmət haqqı ödəyir.
- Kart “Pulsuz” təqdim olunur.
Bank | Taksit Kartı | Kartın müddəti | Komissiya növü | Komissiya məbləği |
Bank of Baku | Bolkart Gənc | 5 il | İllik xidmət haqqı | 15 AZN |
Bolkart Ailə | 5 il | İllik xidmət haqqı | 25 AZN | |
Bolkart Gold | 5 il | İllik xidmət haqqı | 40 AZN | |
Bolkart Diamond | 5 il | Birdəfəlik komissiya | 150 AZN | |
Bank Respublika | Paykart | 5 il | Birdəfəlik komissiya | Kart limitinin 1%-i |
Express Bank | Smilecard | 4 il | Pulsuz | Pulsuz |
Kapital Bank | Birkart | 3 il | İllik xidmət haqqı | 15 AZN |
Birkart Cash – Back | 3 il | İllik xidmət haqqı | 35 AZN | |
NBC Bank | Maxi card | 3 il | Pulsuz | Pulsuz |
Unibank | Albalı Plus Standart | 5 il | Pulsuz | Pulsuz |
Albalı Plus Gold | 5 il | Birdəfəlik komissiya | Kart limitinin 1%-i (min.20 AZN) | |
Yapıkredibank | Worldcard Classic | 5 il | Pulsuz | Pulsuz |
Worldcard Gold | 5 il | İllik xidmət haqqı | 50 AZN | |
Worldcard Platinium | 5 il | İllik xidmət haqqı | 150 AZN |