7 C
Baku
Thursday, December 12, 2024

Palata: Kənd təsərrüfatı sığortası ilə bağlı büdcədən hər il ayrılan 1 milyon manat istifadə olunmur

“Azərbaycanda dayanıqlılığın və kənd təsərrüfatı məhsullarının ÜDM-də payını artırmaq və ümumilikdə qeyri-neft sektorunu inkişaf etdirmək üçün kənd təsərrüfatı sığortasına ehtiyac var”.

Bunu Bakıda keçirilən 6-cı Sığorta Konfransında Maliyyə Bazarlarına Nəzarət Palatasının baş mütəxəssisi Firdovsi Ağaşirinov deyib.

Onun sözlərinə görə, beynəlxalq təcrübə araşdırılaraq kənd təsərrüfatının sığortası ilə bağlı qanun layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub. “2002-ci ildə Azərbaycanda kənd təsərrüfatı sığortasının stimullaşdırılması ilə bağlı qəbul olunan qanuna görə hər il bu məqsədlə büdcədən 1 milyon manat ayrılır, lakin istifadə olunmadan yenidən büdcəyə qayıdır. 2017-ci ildə kənd təsərrüfatı sahəsində 4 sığortaçı fəaliyyət göstərib ki, onların sığorta yığımları 4,3 milyon manat təşkil edib”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər