7 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda Birtaniya kapitallı investisiya şirkətinin nizamnamə kapitalı 53% artırılır

“Kapital Menecment İnvestisiya Şirkəti” ASC-nin nizamnamə kapitalı 200 min manat və yaxud 52,63% artırılaraq 380 min manatdan 580 min manata çatdırılacaq.

Bununla bağlı qərar şirkətin səhmdarlarının ümumi yığıncağında qəbul edilib.

Kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 1 manat olan 200 min ədəd yeni səhm buraxılacaq və onları “Kapital Menecment”in mövcud səhmdarları indiki paylarına uyğun olaraq əldə edəcəklər. İnvestisiya şirkətinin nizamnamə fonduna gələcəkdə də əlavə pul qoyulacağı istisna deyil.

Xatırladaq ki, “Kapital Menecment” 2002-ci ildə “Texnika Kapital Menecment” adı ilə yaradılıb, 2015-ci ildə rebrendinq edib. “Texnika Bank”ın lisenziyası ləğv edildikdən sonra investisiya şirkəti Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) nəzarətinə keçib. Bir qədər əvvəl isə Böyük Britaniyanın “Plato Capital International Holding Limited” investisiya şirkəti “Kapital Menecment”in səhmlərinin 99%-ni əldə edib. Səhmlərin qalan 1%-i isə adı açıqlanmayan xarici investora məxsusdur.

© Report

Son xəbərlər
Digər xəbərlər