Gürcüstan qatarları Azərbaycanda təmir edilir?

Gürcüstan Dəmir Yollarına məxsus olan qatarın Bakıda təmir edildiyi bildirilir.

Bununla bağlı foto sosial şəbəkədə yayılıb.

2

Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-dən Oxu.Az-a faktı təsdiqləyiblər.

Qurumdan bildirilib ki, görüntülər Biləcəri lokomotiv deposunda çəkilib. Gürcüstan Dəmir Yollarına məxsus “Stadler Rail Group” şirkətinin istehsalı olan qatarın 1 ədəd vaqonu, həmçinin “Stadler” markalı ikimərtəbəli qatarın 16 ədəd arabacığı adıçəkilən depoda təmir edilərək təhvil verilib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər