2 C
Baku
Sunday, December 15, 2024

“Bakı Metropoliteni”nin bağlanmış iki bankda qalan vəsaitinin həcmi açıqlandı

2017-ci ilin sonuna “Bakı Metropoliteni” QSC-nin ləğv prosesində olan iki bankda qalan vəsaitinin məbləği açıqlanıb.

Bu barədə Cəmiyyətin maliyyə hesabatına eyd edilir.

Hesabatda qeyd olunub ki, Azərbaycan manatı ilə cari hesablar üzrə qalıqdan (1 mln. 647,759 min manatdan) 1 mln. 563,289 min manat və ABŞ dolları ilə cari hesablar üzrə qalıqdan (2 mln. 145,976 min manatdan) 2 mln. 145,919 min manat iflas prosesində olan “Texnikabank” ASC və “Bank Standart” QSC-nin hesablarında olan vəsaitdir.

“Ləğv prosesində olan bankların öhdəlikləri məhkəmə tərəfindən təyin olunacaq ləğvedici tərəfindən qanunvericiliyə müvafiq qaydada tənzimlənəcək,” – deyə hesabatda bildirilir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər