Devalvasiyalardan sonra bəzi insanlar hələ də öz vəsaitlərini xarici valyutada, əsasən USD valyutasında saxlamağa üstünlük verir. Baxmayaraq ki, həm Banklar USD valyutasında depozitləri cəlb etməkdə bir o qədər maraqlı deyil, həm də dövlət tərəfindən əmanətlərin dollarlaşma prosesinə qarşı müəyyən tədbirlər görüldü (valyutada sığortalanan əmanətlərin 15%-dən 3% endirilməsi) yenə də bəzi şəxslər öz vəsaitlərini xarici valyutada saxlamağa davam edir. Bu şəxslər əsasən əmanətə gəlir mənbəyi kimi deyil də, öz yığımlarının etibarlı saxlanmasını təmin etmək kimi baxan şəxslərdir.
Sonuncu dəfə fevral ayında dollar depozitləri ilə bağlı araşdırmanı Sizlərə təqdim etmişdik. Həmin dövrdən etibarən saytımızın “Məhsul Kataloqu” bölməsində əmanət şərtlərini mütəmadi olaraq yeniləyirdik və dollar depozilətlərində ciddi bir dəyişiklik olmadığını müşahidə edirdik. Sonuncu yeniləmə zamanı diqqətimizi çəkən məqam, bəzi banklarda manat əmanətlərinin faizlərinin azalmasını, dollar əmanətlərində isə əksinə cəlbetmə faizlərinin artmasının şahidi olduq. Əksər Banklar bu faizləri artıraraq 3% civarında təyin ediblər. Depozitlərin böyük əksəriyyətinin 12 ay müddətinə yerləşdirildiyini nəzərə alaraq bu müddətə təklif edilən əmanətlər üzrə bazar araşdırması apardıq. Aşağıdakı cədvəldə Dollar depozitləri üzrə həm 1 illik cəlbetmə faizləri, həm də Sizə maraqlı olacağını düşündüyümüz digər şərtlərlə taniş ola bilərsiniz:
Bank |
Əmanət |
Minimal məbləğ |
Faiz dərəcəsi(1 illik) |
Əmanətin artırılması |
|
Aylıq |
Müddətin sonu |
||||
AccessBank | Müddətli əmanət | 50 USD | 2,3% | 3% | Mümkün deyil |
Yığım əmanəti | 50 USD | – | 3% | Mümkündür | |
AFB Bank | Depozit | 1000 USD | 1.5% | – | Mümkün deyil |
AG Bank | Sığortalı Əmanət | 100 USD | 2% | 3% | Mümkündür |
Sərfəli Əmanət | 100 USD | 3% | – | Mümkündür | |
Amrahbank | Lider Əmanəti | 500 USD | 3% | 3% | Mümkün deyil |
Güvən əmanəti | 50 USD | 3% | 3% | Mümkündür | |
ASB Bank | Depozit | Tələb yoxdur | 0.8% | 1% | Mümkün deyil |
AtaBank | Universal | 500 USD | 2,25% | 3% | Mümkün deyil |
Yığım | 300 USD | 2% | – | Mümkündür | |
AzərTürk Bank | “Klassik” əmanəti | 500 USD | 0.3% | 0.4% | Mümkün deyil |
Bank Avrasiya | Klassik | 1000 USD | 2% | 2.25% | Mümkün deyil |
Yığım | 100 USD | – | 1% | Mümkündür | |
Rahat | 1000 USD | 1% | – | Mümkündür | |
Bank BTB | «Müddətli» əmanəti | 100 USD | 2,5% | 3% | Mümkün deyil |
«Proqressiv» əmanəti | 100 USD | 2,5% | 3% | Mümkündür | |
Bank of Baku | Dinamik əmanəti | 100 USD | 3% | 3% | Mümkündür |
Bank Respublika | Müddətli Əmanət | 10 USD | 1,5% | 2% | Mümkün deyil |
VTB Bank | Universal Əmanət | 100 USD | 0,5% | – | Mümkündür |
Sərbəst Əmanət | 50 USD | – | 0,2% | Mümkündür | |
“Sərfəli” əmanəti | 100 USD | 0,9% | 1% | Mümkün deyil | |
ExpressBank | “Klassik” əmanəti | 500 USD | 1% | 1,5% | Mümkün deyil |
Mücrü əmanəti | 50 USD | 0,5% | 1% | Mümkündür | |
Kapitalbank | Kapital Depoziti | 100 USD | – | 0.1% | Mümkündür |
Müddətsiz depozit | 100 USD | – | 0.01% | Mümkündür | |
Muğanbank | Meqa | 1000 USD | 3% | – | Mümkün deyil |
NBC Bank | Müddətli Depozit | 200 USD | 3% | – | Mümkün deyil |
Universal Depzoit | 200 USD | 3% | 3% | Mümkündür | |
Nikoil Bank | Sabit
(yeni əmanət) |
100 USD | 1,5% | 2% | Mümkündür |
Sabit
(uzadılan əmanət) |
100 USD | 2,5% | 3% | Mümkündür | |
Rabitə Bank | Universal Əmanət | 200 USD | 0,75% | 1,5% | Mümkün deyil |
Turan Bank | Sərvət | 100 USD | 2% | 2,15% | Mümkün deyil |
Unibank | Müddətli Əmanət | 500 USD | 2% | 2,3% | Mümkün deyil |
Yığım əmanəti | 50 USD | – | 0,6% | Mümkündür | |
Xalq Bank | Sandıqça | 100 USD | – | 0.75% | Mümkündür |
Müddətli | 1000 USD | 1% | – | Mümkün deyil | |
YapıkrediBank | Yığım əmanəti | 250 USD | – | 0,5% | Mümkündür |
Standart Qazanc əmanəti | 250 USD | – | 0,5% | Mümkün deyil | |
Dövri Qazanc Əmanəti | 250 USD | 0,25% | – | Mümkün deyil | |
Ziraat Bank | Standard Əmanət Məhsulu | 1000 USD | 1% | 2% | Mümkün deyil |