22 C
Baku
Friday, April 19, 2024
Home Maliyyə xəbərləri Bank xəbərləri Dollarda olan əmanətlərdə 1 illik ən sərfəli faiz hansı Bankda təklif edilir? (SIYAHI)

Dollarda olan əmanətlərdə 1 illik ən sərfəli faiz hansı Bankda təklif edilir? (SIYAHI)

0
Dollarda olan əmanətlərdə 1 illik ən sərfəli faiz hansı Bankda təklif edilir? (SIYAHI)

Devalvasiyalardan sonra bəzi insanlar hələ də öz vəsaitlərini xarici valyutada, əsasən USD valyutasında saxlamağa üstünlük verir. Baxmayaraq ki, həm Banklar USD valyutasında depozitləri cəlb etməkdə bir o qədər maraqlı deyil, həm də dövlət tərəfindən əmanətlərin dollarlaşma prosesinə qarşı müəyyən tədbirlər görüldü (valyutada sığortalanan əmanətlərin 15%-dən 3% endirilməsi) yenə də bəzi şəxslər öz vəsaitlərini xarici valyutada saxlamağa davam edir. Bu şəxslər əsasən əmanətə gəlir mənbəyi kimi deyil də, öz yığımlarının etibarlı saxlanmasını təmin etmək kimi baxan şəxslərdir.

Sonuncu dəfə fevral ayında dollar depozitləri ilə bağlı araşdırmanı Sizlərə təqdim etmişdik. Həmin dövrdən etibarən saytımızın “Məhsul Kataloqu” bölməsində əmanət şərtlərini mütəmadi olaraq yeniləyirdik və dollar depozilətlərində ciddi bir dəyişiklik olmadığını müşahidə edirdik. Sonuncu yeniləmə zamanı diqqətimizi çəkən məqam, bəzi banklarda manat əmanətlərinin faizlərinin azalmasını, dollar əmanətlərində isə əksinə cəlbetmə faizlərinin artmasının şahidi olduq. Əksər Banklar bu faizləri artıraraq 3% civarında təyin ediblər. Depozitlərin böyük əksəriyyətinin 12 ay müddətinə yerləşdirildiyini nəzərə alaraq bu müddətə təklif edilən əmanətlər üzrə bazar araşdırması apardıq. Aşağıdakı cədvəldə Dollar depozitləri üzrə həm 1 illik cəlbetmə faizləri, həm də Sizə maraqlı olacağını düşündüyümüz digər şərtlərlə taniş ola bilərsiniz:

Bank

Əmanət

Minimal məbləğ

Faiz dərəcəsi

(1 illik)

Əmanətin artırılması

Aylıq

Müddətin sonu

AccessBank Müddətli əmanət 50 USD 2,3% 3% Mümkün deyil
Yığım əmanəti 50 USD 3% Mümkündür
AFB Bank Depozit 1000 USD 1.5% Mümkün deyil
AG Bank Sığortalı Əmanət 100 USD 2% 3% Mümkündür
Sərfəli Əmanət 100 USD 3% Mümkündür
Amrahbank Lider Əmanəti 500 USD 3% 3% Mümkün deyil
Güvən əmanəti 50 USD 3% 3% Mümkündür
ASB Bank Depozit Tələb yoxdur 0.8% 1% Mümkün deyil
AtaBank Universal 500 USD 2,25% 3% Mümkün deyil
Yığım 300 USD 2% Mümkündür
AzərTürk Bank “Klassik” əmanəti 500 USD 0.3% 0.4% Mümkün deyil
Bank Avrasiya Klassik 1000 USD 2% 2.25% Mümkün deyil
Yığım 100 USD 1% Mümkündür
Rahat 1000 USD 1% Mümkündür
Bank BTB «Müddətli» əmanəti 100 USD 2,5% 3% Mümkün deyil
«Proqressiv» əmanəti 100 USD 2,5% 3% Mümkündür
Bank of Baku Dinamik əmanəti 100 USD 3% 3% Mümkündür
Bank Respublika Müddətli Əmanət 10 USD 1,5% 2% Mümkün deyil
VTB Bank Universal Əmanət 100 USD  0,5% Mümkündür
Sərbəst Əmanət 50 USD 0,2% Mümkündür
“Sərfəli” əmanəti 100 USD  0,9% 1% Mümkün deyil
ExpressBank “Klassik” əmanəti 500 USD 1% 1,5% Mümkün deyil
Mücrü əmanəti 50 USD  0,5% 1% Mümkündür
Kapitalbank Kapital Depoziti 100 USD 0.1% Mümkündür
Müddətsiz depozit 100 USD 0.01% Mümkündür
Muğanbank Meqa 1000 USD 3% Mümkün deyil
NBC Bank Müddətli Depozit 200 USD 3% Mümkün deyil
Universal Depzoit 200 USD 3% 3% Mümkündür
Nikoil Bank Sabit

(yeni əmanət)

100 USD 1,5% 2% Mümkündür
Sabit

(uzadılan əmanət)

100 USD 2,5% 3% Mümkündür
Rabitə Bank Universal Əmanət 200 USD 0,75% 1,5% Mümkün deyil
Turan Bank Sərvət 100 USD 2% 2,15% Mümkün deyil
Unibank Müddətli Əmanət 500 USD 2% 2,3% Mümkün deyil
Yığım əmanəti 50 USD 0,6% Mümkündür
Xalq Bank Sandıqça 100 USD 0.75% Mümkündür
Müddətli 1000 USD 1% Mümkün deyil
YapıkrediBank Yığım əmanəti 250 USD 0,5% Mümkündür
Standart Qazanc əmanəti 250 USD 0,5% Mümkün deyil
Dövri Qazanc Əmanəti 250 USD 0,25% Mümkün deyil
Ziraat Bank Standard Əmanət Məhsulu 1000 USD 1% 2% Mümkün deyil