4 iyul 2018-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50100470S dövlət qeydiyyat nömrəli, 200 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Banker.az-a bu barədə BFB-dan deyilir.
Hərrac zamanı 16 investor tərəfindən qiyməti 99.3812 AZN (8.01%) olan 25 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 578 629 400,00 AZN olmuşdur. Bu da tələbin təklifi 2,89 dəfə üstələməsi deməkdir.
AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.3812 AZN (8.01%), orta ölçülmüş qiyməti 99.3812 AZN (8.01%) müəyyən edilmişdir. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 200 000 000 AZN təşkil edib.
Qeyd edək ki, notların ödəmə tarixi 01.08.2018-ci il tarixidir.