İki növ lizinqlər olur: operativ və maliyyə. Operativ növ lizinqlərdə müştəri əmlakı icarəyə götürdüyündə lizinq verənə zəmanət verməlidir ki, icarənin müddəti bitdikdən sonra əmlakın heç olmasa minimal qalığı olacaq. Bu açıq növ icarə hesab edilir. Əgər belə bir zəmanət verilmirsə, bu qapalı növ icarə hesab edilir.
Bundan savayı, lizinq əməliyyatlarını bu əməliyyatların iştirakçılarının tərkibinə görə təsnifləşdirmək olar.
Birbaşa lizinqdə lizinq verənin və icarəyə verilən əmlakın sahibinin eyni adam olması şərtdir.
Dolayı lizinqdə əmlakın sahibi banka və yaxud digər təşkilata müraciət edərək onu icarəyə vermələrini xahiş edir. Təşkilat və bank isə öz növbəsində həmin əmlaka müştəri tapır və artıq həmin müştəri ilə icarə haqqında müqavilə bağlayır. Bu halda bank və yaxud təşkilat vasitəçi qismində çıxış edir. Bu lizinq üsulunun çatışmayan cəhəti banka komissiya ödəməkdədir. Və yaxud bank komissiya alaraq sizə faiz ödəyəcək. Lakin belə olduğu halda siz özünüz müştəri axtarmalı olmayacaqsınız.
Əgər başqa ölkədən olan fiziki şəxs icarəyə əmlak götürürsə, bu proses beynəlxalq lizinq adlanır. İlk beynəlxalq lizinq müqavilələri 70-ci illərdə bağlanmışdı. Beynəlxalq lizinqlərin məqsədi əcnəbi tərəfdaşlar tərəfindən investisiyanın ixracının stimullaşdırılmasıdır.
Digər növ lizinq «Double Dip» sazişləridir. Məsələn, tərəfdaş ölkələr tərəfindən (İngiltərə və ABŞ) təyyarələrin alınmasının kreditləşməsi «Double Dip» sistemi vasitəsi ilə həyata keçmişdir. Bu 80-cı illərdə baş vermişdi.
«Double Dip» sisteminin fəaliyyət sxemini sizə təqdim edirik. İngiltərə icarəyə verən gəmi əldə edir. Bundan sonra o, lizinq obyekti qismində gəmini Amerikaya verir. Amerikada isə həmin əmlak ABŞ-dakı şirkətlərə icarəyə verilir.
«Double Dip» sazişləri istənilən ölkədə bağlana bilər.
Comments are closed.