İlkin hesablamalara görə, 2026-cı ilin I rübündə Azərbaycan banklarının istehlak krediti portfelinin həcmi 9 milyard 459.1 milyon manata çatıb. Banker.az-ın hesablamalarına əsasən, bu göstərici ilin əvvəlindən 1.6% artım deməkdir.
Kapital Bank 3.14 milyard manatlıq istehlak kredit portfeli ilə bazara liderlik edir və ilin əvvəlindən 0.6% artım qeydə alıb. İkinci yerdə 1.98 milyard manatla ABB qərarlaşıb və burada artım 4.0% təşkil edib. Üçüncü pillədə isə 699.93 milyon manatla Bank of Baku yer alıb və 6.6% artım nümayiş etdirib.
İlk beşliyi tamamlayan digər banklar isə Unibank və Bank Respublika olub. Unibank-ın portfeli 647.21 milyon manat təşkil edib və 0.4% artım qeydə alınıb. Bank Respublika isə 368.93 milyon manatla 3.6% böyümə göstərərək beşinci pillədə qərarlaşıb.







