7 C
Baku
Thursday, December 12, 2024

Fransa qalibiyyətə görə FİFA-dan 38 milyon dollar qazandı

Rusiyada keçirilən futbol üzrə dünya çempionatı başa çatdı.

XXI dəfə keçirilən mundialın qalibi iyirmi il əvvəl öz meydanında bu kuboku başı üzərinə qaldırmış Fransa millisi oldu.

Gümüş medallar Xorvatiya millisinin, bürünc isə Bekçika futbolçularının boynundan asılıdı.

Keçirilən 64 oyunda 169 qol vuruldu. Bu isə hər oyuna 2.64 qol vurulması deməkdir. Oyunları stadionlardan ümumilikdə 3 031 768 tamaşaşı izlədi. Bu da hər matça 47 371 tamaşaçının stadiondan baxması anlamına gəlir.

Finalda Mario Mancukiç (Xorvatiya) qol vurmaqla avtoqolların sayını 12-yə çatdırdı. Bu rəqəm isə iyirmi il əvvəlki göstəricidən altı dəfə çoxdur.

Çempionatda altı qol vuran Hari Keyn (İngiltərə) qızıl butsa sahib çıxdı. Onu dörd qolla Romelu Lukaku (Belçika), Antuan Qrizman, Kilian Mbape (hər ikisi Fransa), Kriştianu Ronaldu (Portuqaliya) və Denis Çerışev (Rusiya) izlədi. Gümüş buts Qrizmanın (əlavə iki assist) və bürünc buts Lukakunun (əlavə bir assist) oldu.

Qızıl topun sahibi Luka Modriç (Xorvatiya) oldusa, gümüş top Eden Azar (Belçika) və bürünc top Antuan Qrizmana (Fransa) verildi. Qızıl əlcək sahibi Tibo Kurtua (Belçika) və ən gənc oyunçu Kilian Mbape (Fransa) oldu. Feyr-pley mükafatı isə 1/8 finalda mübarizəni dayandırmış İspaniya millisinə təqdim ediləcək.

Turnirdə cəmi üç qırmızı vərəqə oldu. Bunlar Yaponiya ilə görüşdə Karlos Sançes (Kolumbiya), İsveçlə matçda Jerom Boatenq (Almaniya) və Uruqvayla matçda İqor Smolnikovun (Rusiya) payına düşdü.

Fransa bu qalibiyyətə görə FİFA-dan 38 milyon dollar qazandı. Xorvatiya 28, Belçika 24 və IV yeri tutmuş İngiltərə millisi 22 milyon dollar əldə etdi. Xatırladaq ki, ümumilikdə FİFA-nın mükafat fondu 400 milyon dollar idi.

oxu.az

Son xəbərlər
Digər xəbərlər