1 C
Baku
Saturday, December 14, 2024

Bank Respublika startaplar üçün treninq keçirdi (R)

Startuplar hər zaman biznesə təkan verən qüvvə olub. Məlumdur ki, bir çox böyük biznes ideyaları zamanında adi startap kimi başlayıb. Orijinal ideya və mükəmməl komanda ilə yanaşı, startapı inkişaf etmək üçün özünüzü bəyan etmək bacarıqı da tələb olunur: layihəni elə təqdim etmək lazımdır ki, insanlarda maraq oyansın, bununla belə startap reallığa maksimum dərəcədə yaxın olmalıdır. Bu məqsədlə, Bank Respublika Azərbaycan İqtisad Universitetində təhsil alan tələbələr tərəfindən yaradılmış startaplar üçün Qusar şəhərində 3 günlük təlim təşkil etmişdir.

Tədbirə dəvət olunan ekspertlər 3 gün ərzində gənc sahibkarlar üçün İT sahəsindəki son tendensiyalar, müştərilərin və onların ehtiyaclarını daha yaxşı başa düşmək, məhsulların və hədəf qrupunun xarakterik üstünlüklərini müəyyən etmək, qiymətli və unikal təklifi yaratmaq və müştərilərlə iş səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq üsullarını izah etdilər. Çevik və interaktiv format, istənilən sualları vermək imkanlı, praktiki tapşırıqlar və iştirakçıların təcrübə mübadiləsi bu tədbiri hər kəs üçün qiymətli və çox maraqlı etdi.

“Təlimin məqsədi iştirakçıların məhsullarını dəyişkən biznes-mühitinə uyğunlaşdırmağın öyrədilməsi, innovasiyaların ön sıralarında yer almaları, uğur qazanmış şirkətlərin istifadə etdikləri metodika və vasitələrindən faydalanıb məhsulları inkişaf etmək üçün operativ qərarların qəbul edilməsidir.  Bu 3 gün ərzində istedadlı gəclərimizə dəstək vermək, onlarla fikir və təcrübə mübadiləsini aparmaq bizim üçün sevindirici oldu. Bankımız bundan sonra da yerli startaplara dəstək verməkdə davam edəcək” – deyə Bank Respublikanın Marketinq departamentinin rəhbəri Əli Daşdəmirov qeyd etdi.

01 Startup02 Startup03 Startup04 Startup05 Startup06 Startup07 Startup08 Startup

Son xəbərlər
Digər xəbərlər