Twittér istifadəçisi Venya Geskin üç yeni iPhone modelinin fotoşəkillərini paylaşıb. Çox güman ki, bu fotoşəkillərdəki smartfonlar real deyil. Bunlar orijinallar kimi görünən maketlərdir. Aksessuar istehsalçıları belə maketləri alaraq yeni iPhone-un elanına hazırlaşırlar.
Bu şəkillərə görə iPhone X Plus daha öncəki modelin ölçüsündən böyük olacaq, diaqonalın eni 6,5 düym olacaq. Telefonda arxa paneldə iki kamera və ekranın ön panelində True Depth kamerası olacaq.Güman edilir ki, iPhone X Plus qiyməti 999 dollar olacaq.
Ola bilər ki,Apple 5.8 düymlük iPhone X-ni yeniləyəcək və qiyməti 899 dollara endirəcək. həmçinin ehtimal edilir ki Apple, 6,1 düym diaqonalı olan telefon istehsal etsin, şayələrə əsasən, arxa paneldə bir kameralı iphone-nun qiymətinin 700 dollar olacağı güman edilir.O, daha bahalı OLED və alüminiumdan yox, paslanmayan poladdan hazırlanmış LCD ekrana malik olacaq.