Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinə yeni rəis müavinləri təyin edilib.
Bunlar Namiq Məmmədov və Əmir Əmirlidir.
Adları çəkilən şəxslər yeni vəzifələrində hazırda Dövlət Statistika Komitəsinin aparat rəhbərinin müavini olan Zaur Əliyevi və pensiya yaşına çatmış, lakin Dövlət Xidmətində məsləhətçi kimi işinə davam edən Abbas Qaracayevi əvəz ediblər. (Report)
Qeyd edək ki, İnam Kərimov 2018-ci ilin aprelindən yeni nazirlik formalaşdıqdan sonra Kənd Təsərufatı nazirliyi təyin olunub və nazirlikdə bir sıra kadr islahatları aparmaqdadır.







