2 C
Baku
Saturday, December 14, 2024

Texniki ekspertiza şöbəsinin mütəxəssisi – Ateshgah Sigorta

Texniki ekspertiza şöbəsinin mütəxəssisi

Əsas vəzifə öhdəlikləri:

• Avtomobil qəzasında zədələnmiş avtomobillərə baxışın keçirilməsi və dəymiş zərərin qiymətləndirilməsi
• Zədələnmiş nəqliyyat vasitələrinə texniki baxış keçirmək və dəymiş zərəri müəyyən etmək
• Baxış aktlarını tərtib etmək
• Qiymətləndirilmə aktlarını tərtib etmək
• Ehtiyyat hissələrinin bazarını araşdırmaq
• Texniki xidmət stansiyalarında təmir edilmiş nəqliyyat vasitələrinin  dəyişdirilmiş detallarının zərər aktlarına uyğun təhvil alınması prosesini  təşkil etmək
• Birbaşa rəhbərin tapşırıq və göstərişlərini yerinə yetirmək.

Namizədə tələblər:

• Yaş: 25-35
• Cinsi: kişi
• Təhsil: Ali
• Dil bilikləri: Azərbaycan dili (əla) , rus dili (arzuolunandır)
• İş təcrübəsi: avtomobil xidməti, servisi, ehtiyat hissələrinin satışı üzrə iş təcrübəsi mütləqdir
• Avtomobilin ehtiyat hissələri haqqında və onların bazardakı qiymətləri ilə bağlı məlumat olması mütləqdir
• Kompyuter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi

İş şərtləri

• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı: 9:00 – 18:00
• İş günü:5/2 (Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Sabit əmək haqqı sınaq müddətində 500 AZN
• Sınaq müddətindən sonra 600 AZN

Maraqlananlar öz CV formalarını [email protected]  ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir,əks halda namizədliyinizə baxılmayacaqdır )

Son xəbərlər
Digər xəbərlər