“Azərişıq” elektrik paylayıcı şirkəti Dispetçer və İnformasiya İdarəetmə Mərkəzi (SCADA) üçün server və avadanlıq təchizatçısı kimi xüsusi “Evrodizayn” QSC-ni seçib.
Bu ilin may ayında elan edilən tenderin nəticələrinə görə, tərəflər arasında 3 milyon 578,3 min manat və ya 2 milyon 110 min ABŞ dolları məbləğində müqavilə imzalanıb.
Turan agentliyi bildirib ki, SCADA sistemi 2011-ci ilin yanvar ayında istifadəyə verilib. O vaxt onun tikintisi və təchizatına nə qədər xərclənməsi barədə məlumat verilməyib.