10 C
Baku
Thursday, December 12, 2024

“Fitch Solutions”: Körfəz ölkələri neftdən asılılığı azaltmaq yolunda irəliləyir

Körfəz ölkələri neftdən asılılığı azaltmaq yolunda irəliləyir.

AZƏRTAC xəbər verir ki, bu barədə “Fitch Solutions” tərəfindən hazırlanan hesabatda deyilir.

Bildirilir ki, qarşıdakı üç il ərzində Körfəz ölkələrinin öz iqtisadiyyatlarında neftdən asılılığı azaltmaq hədəfinə çatmaları gözlənilir. Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı kimi ölkələrin olduğu Körfəz bölgəsi ölkələri neftə əsaslanan iqtisadiyyatdan xilas olmağa çalışır.
“Fitch Solutions” uzun perspektivdə fiziki infrastruktur və investisiyalarla həyata keçiriləcək sərmayələrin xüsusilə ağır və əsas sektorlara, eləcə də səhiyyə xidmətləri və ticarətə yönəlməsini gözləyir. Digər tərəfdən, keyfiyyətli təhsilə sərmayə qoyuluşunun da əhəmiyyətli olacağı vurğulanır.

Son xəbərlər
Digər xəbərlər