Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) tərəfindən malların, işlərin və xidmətlərin satınalınması məqsədilə dərc edilmiş elanlar üzrə keçirilən 16 lotdan ibarət açıq tenderin 3 lotu üzrə nəticələri məlum olub.
Məlumatda deyilir ki, informasiya texnologiyaları avadanlıqlarının və ehtiyat hissələrinin satınalınması üzrə qalib “Ultra Technologies” MMC olmuşdur. Qalib şirkətlə 8 avqust 2018-ci il tarixdə müvafiq satınalma müqaviləsi imzalanmışdır.
Yazılı və sinxron tərcümə xidmətlərinin satınalınması üzrə qalib “R-BİZNES SERVİZ” MMC olmuşdur. Qalib şirkətlə 3 avqust 2018-ci il tarixdə müvafiq satınalma müqaviləsi imzalanmışdır.
Bayraq dirəklərinə texniki xidmətin (bayraqların kimyəvi təmizlənməsi və bərpası daxil olmaqla) satınalınması üzrə qalib “Azərbayraq” Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdur. Qalib şirkətlə 3 avqust 2018-ci il tarixdə müvafiq satınalma müqaviləsi imzalanmışdır.
Xatırladaq ki, ARDNF “Xalq qəzeti”nin 15 və 30 may 2018-ci il tarixli nömrələrində bu tender elanlarını vermişdi.