10 C
Baku
Friday, December 13, 2024

ABŞ bütün dünyanı sanksiya ilə hədələdi

ABŞ Rusiyanın S-400 sistemlərini alan bütün ölkələrə qarşı sanksiyalar tətbiq etməyə hazırdır.

Bu fikirləri mətbuat konfransında ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Xizer Noyert deyib.

Onun sözlərinə görə, S-400 sistemləri NATO ölkələrinin istifadə etdiyi sistemlərlə uyğunsuzluq təşkil edir.

“Bütün dünyaya göstərdik ki, ABŞ tərəfindən tətbiq edilən sanksiyalar nəyə səbəb ola bilər”, – Noyert qeyd edib.

Xatırladaq ki, iyulun 25-də ABŞ Konqresi rəsmi olaraq Türkiyəyə F-35 qırıcılarının satılmasını qadağan edib. Buna səbəb kimi Ankaranın Rusiya zenit kompleksi olan S-400 raketlərini əldə etməsidir.

Moskva ilə Ankara arasında S-400 sistemləri ilə bağlı razılaşma 2017-ci ilin sentyabrında imzalanıb.

– Oxu.az

Son xəbərlər
Digər xəbərlər