12 C
Baku
Monday, November 25, 2024

Şirkətlər daha 16 “mühasib” vakansiyası üzrə işi axtarır: 1 500 AZN maaş

  1. Mühasib – BRPG
    Vəzifə öhdəlikləri- Şirkətin mühasibat işlərinin aparılması, əlaqəli dövlət hesabatlarının verilməsi
    – Xərclərə nəzarət müvafiq hesabatların hazırlanması
    – Nəğd vəsaitlərin hərəkəti ilə əlaqəli hesabatların hazırlanması
    – Maliyyə hesabatlarının hazırlanması

    Tələblər

    – İqtisadiyyat, Maliyyə və ya Biznesin İdarə olunması sahəsində ali təhsil
    – Maliyyə və ya mühasibatlıq sahəsində minimum 2 il iş təcrübəsi
    – Vergi məcəlləsini yaxşı bilməli;
    – Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti
    – Rus və ingilis dilini bilməsi arzuolunandır
    – MS Office(xüsusillə Excell) və 1C 8.3 bilikləri

    Əmək haqqı – 1200 – 1500 AZN

    Vakansiyaya uyğun olan namizədlər  CV-lərinizi [email protected]  ünvanına  mövzu yerində “ Mühasib ” yazaraq göndərə bilərlərsiniz.

  2. Baş mühasib – NH GROUP MMC
    Tələblər:
    • Təcrübə: 10 ilə qədər;
    • Dil bilikləri: Azərbaycan və Rus dilləri mükəmməl, İngilis dili arzuolunandır;
    • Yaş həddi: 30-45 yaş;
    • Qanunvericilik aktları, qərarlar, sərəncamlar, əmrlər, əmlakın mühasibat uçotunun təşkili üzrə rəhbər, metodiki və normativ materiallar, vəzifə borcları və təsərrüfat əməliyyatları və hesabatın tərtibini;
    • Müəssisədə mühasibat uçotunun forma və metodlarını;
    • Hesablar planı və müxabirləşməsini;
    • Mühasibat uçotu üzrə sənədləşmələrin təşkilini;
    • Mühasibat uçotu hesablarında əsas vəsaitlər, maddi qiymətlilər və pul vəsaitlərinin hərəkəti ilə əlaqədar əməliyyatların sənədli rəsmiləşdirilməsi və əks olunması qaydasını;
    • Müəssisənin maliyyə – təsərrüfat fəaliyyətinin iqtisadi təhlil metodunu;
    • Kompüter texnikasının istismarı qaydalarını;
    • Əmək və idarəetmənin iqtisadiyyatı, təşkilini;
    • Təsərrüfatçılığın bazar metodlarını;
    • Əmək qanunvericiliyini;
    • Vergi qanunvericiliyini;
    • Əməyin mühafizəsinin qayda və normalarını;
    • 1C 8,3 mühasibat proqramında işləmə bacarığını/nəzəri bilikləri.
    Vəzifələr:
    • Müəssisə fəaliyyətinin mühasibat uçotunun aparılması üzrə işi yerinə yetirir (əsas vəsaitlər, maddi; qiymətlilər, məhsulların realizasiyası, təsərrüfat – maliyyə fəaliyyətinin nəticələri, müştərilər ilə;
    • Hesablaşmalar, həmçinin göstərilən xidmətlərin və s. uçotu);
    • Maliyyə intizamına riayət edilməsi və resursların səmərəli istifadəsinə yönəldilmiş tədbirlərin hazırlanması və həyata keçirilməsində iştirak edir;
    • Mühasibat uçotu sənədləşmələrin düzgünlüyünə nəzarət edir;
    • Şirkətdə istifadə olunan 1C 8 Mühasibat uçotu proqram təminatında əsas vəsaitlərin, maddi qiymətlilərin və pul vəsaitlərinin hərəkəti ilə əlaqədar əməliyyatları əks etdirir və həmçinin digər sıravi mühasiblər tərəfindən yerinə yetirilmiş işlərə nəzarət edir;
    • Xidmətlərin dəyərinin hesabat kalkulyasiyasını tərtib edir, itkilərin yaranma və qeyri – istehsal məsrəflərin mənbələrini aşkar edir, onların qarşısının alınması üzrə təkliflər hazırlayır;
    • Büdcə və büdcədən kənar fondlara ödənişlərin edilməsi, həmçinin vəsaitlərin düzgün və səmərəli qaydada istifadə olunmasını həyata keçirir;
    • Rəhbərlər, kreditorlar, investorlar, auditorlar və mühasibat hesabatlarının digər istifadəçilərini uçotun düzgün mühasibat məlumatları ilə təmin edir;
    • Hesabatların iş planını, təsərrüfat əməliyyatlarının rəsmiləşdirilməsi üçün tətbiq edilən ilkin sənədlərin formasını, habelə daxili Mühasibat hesabatı üçün sənədlərin formasını hazırlayır, hesabatın aparılmasının və Mühasibatlıq məlumatlarının emalı texnologiyasının əsas üsul və vasitələrinin tərkibinin müəyyən edilməsində iştirak edir;
    • Mühasibat uçotu və hesabat məlumatları üzrə təsərrüfatdaxili ehtiyatların aşkar edilməsi, qənaət rejiminin və sənədləşmənin təkmilləşdirilməsi üzrə tədbirlərin həyata keçirilməsi məqsədilə müəssisənin maliyyə – təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin aparılmasında, Mühasibat uçotunun mütərəqqi forma və metodlarının hazırlanması və tətbiqində, pul vəsaitləri və maddi qiymətlilərin inventarizasiyasında iştirak edir;
    • Mühasibatlıq sənədlərinin qorunması və onların arxivləşdirilməsini həyata keçirir və nəzarət edir;
    • Mühasibatlıq informasiyalarının məlumat bazalarının formalaşdırılması, aparılması və saxlanılması üzrə işi icra edir;
    • Hesablama texnikasının köməyi ilə həll edilən tapşırıqların yaxud onların ayrı – ayrı mərhələlərinin iqtisadi qoyuluşunun düzgün ifadə edilməsində iştirak edir, iqtisadi informasiyanın işlənməsinin iqtisadi əsaslandırılmış sistemini yaratmağa imkan verən hazır layihələrin, alqoritmlərin, tətbiqi proqramlar paketlərindən istifadə imkanını müəyyən edir.
    İş şəraiti:
    • Tam iş günü;
    • 5 günlük iş rejimi;
    • 13.00-14.00 yemək fasiləsi;
    Vakansiya ilə maraqlanan şəxslər öz CV-lərini [email protected] ünvanına “Baş mühasib” başlığı ilə göndərə bilərlər.
    QEYD: şəkilsiz CV-lərə baxılmayacaq!

  3. Baş mühasib – Azərbaycan Sənaye Korporasiyası ASC
    İş barədə məlumat- Şirkət fəaliyyətin bütün mühasibat proseslərin (inventarlaşma,istehsal üzrə məsrəfər,təsərrüfat-maliyyə fəaliyyətinin nəticələri, kassa, bank, əmək haqqı, avanslar,xərclər, xidmətlərin uçotu və s.)
    – Hesabatların tam, səliqəli işlənilməsi və sistematik olaraq yoxlanılması
    – Vergi , DSMF hesabatlarının aylıq ,rüblük, illik hazırlanması
    – İstehsal olunan və idxal olunan məhsulların kalkulyasiyası, istehsal və xidmət sahələrindən gələn hesabatların yoxlanılması
    – 1C Mühasibat proqram təminatında gündəlik məlumat bazası üzərində iş və dövr daxili maliyyə hesabatlarının hazırlanması
    – Tam iş günü, iş qrafiki I-VI günlər, bazar günü istirahət

    Namizədə tələblər

    – İş təcrübəsi: İstehsalat sahəsində azı 5 il təcrübə
    – Dil bilikləri: Azərbaycan və Rus dili
    – Proqramlar: 1C (7.7 və 8.3) mürtləqdir
    – MS Office – yüksək səviyyədə

    Tələblər:

    – Yaş həddi: 25-45
    – İstehsalat sahəsində 5 ildən artıq iş təcrübəsi.
    – Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə)
    – Dil bilikləri: Azərbaycan və Rus dili
    – 1C (7.7 və 8.3) proqramında işləmək bacarığı

    Vəzifələr:

    – Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
    – Vergi və mühasibat uçotunun aparılması;
    – Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
    – Debitor və kreditor hesablaşmaların aparılması;
    – Əmək haqqı, məzuniyyətlərin hesablanması;
    – Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.;
    – Mal-materialların uçotunun aparılması;
    – İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin hesablanması;
    – Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi;
    – Aylıq daxili maliyyə hesabatlarının hazırlanması;
    – Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması;
    – Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi.

    CV – lər yalnız Azərbaycan dilində [email protected]  ünvanına göndərilməlidir.

  4. Mühasib köməkçisi – Valvoline
    İş barədə məlumat:
    • Bank ödənişlərini həyata keçirilməsi ;
    • Elekrtron Qaimələrin yazılması ;
    • Aylıq Rüblük hesabatların yığılması ;
    • İş qrafiki: 09:00-dan 18:00-dək ;
    • Bazar günü istirahət ;
    • 6-cı gün bir həftədən bir istirahət .
    Namizədə tələblər:
    • Yaş : 23 – 35 yaş;
    • Təhsil : Ali;
    • İş təcrübəsi : 3 ildən 5 ilə qədər;
    • Ofis Proqramlarını yüksək səviyyədə bilməli ;
    • 1C və Excell bilikləri əsasdı ;
    • Təmkinli, səbirli, gülerüz, insani xüsusiyyətləri yüksək olan xanım namizədlər işə dəvət olunur .
    Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini [email protected]  elektron ünvanına mövzu yerində “Mühasib köməkçisi  /  ” qeyd etməklə göndərmələri xahiş olunur.
  5. Mühasib – NOVCO Group of Companies
    Vəzifə öhdəlikləri- Şirkətin mühasibat işlərinin aparılması, əlaqəli dövlət hesabatlarının verilməsi
    – Xərclərə nəzarət müvafiq hesabatların hazırlanması
    – Nəğd vəsaitlərin hərəkəti ilə əlaqəli hesabatların hazırlanması
    – Maliyyə hesabatlarının hazırlanması

    Tələblər

    – İqtisadiyyat, Maliyyə və ya Biznesin İdarə olunması sahəsində ali təhsil
    – Maliyyə və ya mühasibatlıq sahəsində minimum 2 il iş təcrübəsi
    – Vergi məcəlləsini yaxşı bilməli;
    – Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti
    – Rus və ingilis dilini bilməsi arzuolunandır
    – MS Office(xüsusillə Excell) və 1C 8.3 bilikləri

    Vakansiyaya uyğun olan namizədlər  CV-lərini [email protected]   ünvanına  mövzu yerində “ Mühasib ” yazaraq göndərə bilərlər.

  6. Mühasib – Leading Supply Solutions MMC
    İş barədə məlumat- Şirkətin alış-satış və xərclərinə sistem nəzarəti
    – Debitor ve kreditorlar ilə üzləşmələrin yerinə yetirilməsinə nəzarət
    – Əsas və pul vəsaitlərinin hərəkətinə nəzarət ve sistemə vaxtında işlənməsinə nəzarət
    – 1C programında hesabların düzgünlüyünə nəzarət
    – Aylıq və rüblük maliyyə hesabatlarının hazırlanması
    – İş qrafiki: 6 günlük. Şənbə günü qısaldılmış iş günü

    Namizədə tələblər

    – Ali təhsil (mühasibat, maliyye, iqtisadiyyat)
    – Minimum 1 il müvafiq sahə üzrə iş təcrübəsi.
    – Yaş həddi 25-40
    – MS Office – Word, Excel, 1C (8.2) proqramlarını mükəmməl bilməli
    – Yaxşı mühasibatlıqbiliyi. (Müxabirləşmələr, yeni hesablar planı vs.)
    – Azərbaycan və rus dillərində sərbəst danışmalı. Ingilis dili biliyi arzuolunandir
    – Məsuliyyətli, işgüzar, ciddi, ünsiyyətcil və aktiv olmalı
    – İdarəetmə, analitik düşünmə və təşkilatçılıq qabiliyyəti olmalı
    – Beynəlxalq mühasibatlıq (ACCA) üzrə biliyin olması arzuolunandır.

    Əmək haqqı: 500-800 AZN

    Maraqlanan şəxslərdən CV-lərini mövzu yerində “Mühasib” qeyd etməklə  [email protected] -mail ünvanına göndərmələri xahiş olunur.

  7. Mühasib – Nur Company
    – Əmək haqqı, müavinətlər, vergilər üzrə ödənişləri hesablamaq və qeydiyyatını aparmaq;
    – Vergi, sosial sığorta və s. ödənişləri həyata keçirmək, onlara nəzarət etmək;
    – Aylıq, rüblük, illik bəyənnamələri və hesabatları (vergi, sosial sığorta, statistika, məşğulluğa s.) hazırlamaq;
    – Maliyyə uyğunsuzluqlarını yoxlamaq və aradan qaldırmaq;
    – Şirkət adından ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət etmək;
    – DSMF, vergi və s. hesabatların hazırlanması,
    – Qanunvericiliklə müəyyən edilmiş qaydada bütün növ mühasibat sənədlərinin hazırlamaq (gündəlik və aylıq müxbirləşmələr, memorial orderlərin, dövriyyə qalıq cədvəlləri, müəssisənin balansı və s. maliyyə hesabatlarının tərtib etmək.)Namizədə tələblər:

    – Xanım namizəd
    – Ali iqtisadi təhsil
    – Rus dili biliyi mütləqdir
    – Bu sahə üzrə minimum 1 il iş təcrübəsi
    – Kompüter bacarıqları
    – Punktual və işinə məhsuliyyətli

    İş qrafiki həftənin beş günü, şənbə və bazar günü istirahət
    Əmək haqqı müsahibə əsasında namizədin bilik və bacarığına,səriştəsinə əsasən dəyərləndiriləcək.

    Uyğun namizədlərdən CV-lərini [email protected] ünvanına göndərmələri xahiş olunur.

  8. Mühasib – BOSSON MMC
    Iş barədə məlumat : 

    • Yaş həddi: 40 yaşa kimi;
    • Təhsil: Ali ;
    • Təcrübə: mütləqdir;
    • Bilikli, diqqətli və bacarıqlı olsun ;
    • İş qrafiki və əmək haqqı: müsabiqə əsasında .

    Maraqlanan şəxslər cv-lərini  [email protected] elektron poçr ünvanına göndərə bilərlər. Xahiş olunur mövzu qismində Mühasib “qeyd edilsin.

    Sizə uğurlar diləyi ilə HR Azerbaijan komandası!

  9. Aparıcı mühasib – Ramco LLC
    İş barədə məlumat- Mövcud olan qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə uçotunun təşkil edilməsi;
    – Dövlət büdcəsinə ödənilşlərin düzgün hesablanılması və vaxtında köçürülməsi, Dövlət Sosial Müdafiə Fonduna sosial ayırmaların hesablanması;
    – Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu;
    – Xərc smetalarin icrası, mal satışı, işlərin görülməsi və xidmətlərin görülməsinin uçotu;
    – Mühasibat sənədərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsi;
    – İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması;
    – Əmək haqqı fondunun xərclənməsinə, ştat cədvəlinə ciddi riayət olunmasına nəzarət;
    – Banklarla əlaqənin düzgün qurulması və bank məhsullarının (kredit, akkreditiv, bank zəmanətləri və s.) sifarişi;

    Namizədə tələblər

    – Ali iqtisadi təhsil (Mühasibatlıq sahəsində təhsil arzuolunandır);
    – Ən azı 3 il iş təcrübəsi (İstehsalat, satış);
    – Mühasibatlıqla bağlı yaxşı səviyyədə qanunvericilik bilikləri;
    – Azərbaycan dili sərbəst, Xarici dil bilikləri olan namizədlərə üstünlük verilir;
    – Microsoft Office və 1C proqramlarını peşəkar istifadəçi səviyyəsində bilmək;
    – Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
    – Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti;

    Əmək haqqı: 1200 AZN

    İş qrafiki:

    – Bazar ertəsi – Cümə:  8:30  – 17:30
    – Şənbə : 10.00  – 16.00

    Maraqlanan namizədlər mövzu yerində “Aparıcı mühasib” yazmaqla öz CV-lərini [email protected]   ünvanına göndərə bilərlər. Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər ilkin müsahibəyə dəvət olunacaqlar.

  10. Mühasib – Mirlex LLCUPDATED: N/A DEADLINE: 2018-09-29İşin təsviri:

    • Gündəlik/aylıq mühasibat yazılarının işlənilməsi
    • Mühasibat yazıları ilə bağlı müvafiq sənədlərin saxlanılması
    • Həftəlik və aylıq hesabatların hazırlanması
    • Ayın bağlanması ilə əlaqəli qeydlər və hesabların uzlaşdırılması və təhlilinin aparılması
    • Baş Mühasib tərəfindən təyin edilmiş digər vəzifələri yerinə yetirmək
    • İş vaxtı Bazar ertəsi – Cümə, saat  09:00 – 18:00 (şənbə və bazar günləri, dövlət bayramları və ümumxalq hüzn günü qeyri-iş günləridir)
    • Nahar vaxtı 13:00-14:00
    • Əmək haqqı 1,200 AZN-dən başlayaraq (iş təcrübəsindən asılı olaraq)

    Namizədə tələblər:

    • Ali təhsil (Maliyyə-mühasibatlıq sahəsinə üstünlük verilir)
    • Təklif edilən sahə üzrə ən azı 5-6 illik iş təcrübəsi tələb olunur
    • Excel və 1C (8.3) mühasibat proqramını istifadəçi səviyyəsində bilməli
    • Yaxşı şifahi və yazılı ünsiyyət bacarıqlarının olması
    • Azərbaycan və Rus  dillərini  mükəmməl  bilmək

    E – mail : [email protected]

  11. Mühasib Бухгалтер – Luxury Life Group
    Luxury Life Group “Mühasib” vəzifəsi üzrə vakansiya elan edir:Namizədə tələblər

    – Təcrübə: Ən azından 5 il mühasib vəzifəsində
    – Təhsil: Ali iqtisadi və ya maliyyə
    – Dil bilikləri: Azərbaycan və rus əla, ingilis orta (pre-intermediate)
    – Kompüter bilikləri: MC Office, 1 c və Excel
    – Bilməlidir: AR-nın Mühasibat uçotu haqqında Qanununu
    – AR Vergi Məcəlləsini və Əmək Məcəlləsini
    – Fərdi Sahibkarın maliyyə-təsərrüfat fəaliyyətini
    – Beynəlxalq yazışmaları apara bilmək bacarığı
    – Şəxsi keyfiyyətlər: Dəqiq və məsuliyyətli
    – Xarici tərəfdaşlarla ingiliscə yazışma bacarığı

    Vəzifə funksiyaları

    – İşçilərin əmək haqlarının, digər ödəmə və ödənişlərin hesablanması,
    – Müəyyən edilmiş müddətdə əmək haqqlarının verilməsinə dair cədvəllərin hazırlanması
    – Qüvvədə olan vergi qanunvericiliyinə uyğun olaraq, ciddi hesabat sənədləri, maliyyə-iqtisadi əməliyyatları üzrə sənədləşməni rəsmiləşdirilməsi və icrası
    – Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasını müəyyən olunmuş müddətdə keçirtmək
    – Müasir standartlara uyğun olaraq, müvafiq hesabatların dövlət orqanalarına təqdim olunması
    – Əmək məzuniyyəti qrafiklərinin hazırlanması və buna nəzarət
    – Tabel uçotunun aparılması
    – İşəgötürənin və baş mühasibin tapşırıqlarının yerinə yetirilməsi

    Əmək haqqı: Namizədin bilik və bacarığından asılı olaraq müasahibə əsasında təyin olunur.

    Marağı olan şəxslər (namizədlər) öz CV-lərini (fotoşəkil daxil olmaqla)  pdf formatında, mövzu yerində “Mühasib” vəzifəsinin adını qeyd etməklə [email protected] ünvanına   28.09.2018-ci il tarixinə qədər göndərə bilər.

  12. Mühasib köməkçisi – International Consulting Grop MMC
    – Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili və aparılması
    – EVHF,Hesab Faktura,Ödəniş tapşırığı  və s. bu kimi gündəlik işlərin edilməsi
    – Müştərilər tərəfindən edilən ödənişlərin uçotu və gündəlik nəzarət edilməsi
    – Məsuliyyətlik, dəqiqlik qabiliyyətinin olması.
    – MS Excel və 1C (8.3/7.7) proqramları ilə işləmək bacarığı;
    – Azərbaycan və rus dili bilikləri;- Əmək haqqı – 250  manat
    – İş qrafiki: Həftənin 6 günü, saat 09:00-dan 18:00-dək
    – Xanım namizədlər

    Ofis unvani:Baş ofis 28 may, AF BİZNES HOUSE:
    İş yeri:Nerimanov,Şəki restoranının yaxınlığı

    E – mail :  [email protected]

    Subjet qismində “mühasib köməkçisi”  qeyd etmək şərtdir.

  13. Mühasib – AF Holding
    Tələblər:• Ancaq xanım namizəd
    • e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək
    • Vergi, əmək qanunvericilikləri üzrə məlumatlı
    • Office proqramlarını yüksək səviyyədə bilməli (Excel, 1C 7.7 və ya 8.2)
    • Diqqətli, məsuliyyətli olması və kollektivdə işləmə bacarığı vacibdir
    • Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması
    • Azərbaycan ve rus dillərini bilmək

    Vəzifələr:

    • Lazımi sənədləri hazırlamaq
    • Müdiriyyətin tapşırıqlarına əməl etmək
    • Bütün əməliyyatların sistemə daxil edilməsi

    İş şəraiti:

    • İş Dərnəgül qəsəbəsində yerləşir
    • Bazar ertəsi – cümə: saat 09:00 – 18:00
    • Şənbə günü 09:00-15:00 və Bazar günü iş günü deyil

    • CV-ri [email protected] ünvanına göndərin

  14. Mühasib köməkçisi – Asel Group
    • Bütün şərtlər müsabiqə əsasında

    Maraqlananlar CV-lərini [email protected] elektron poçt ünvanına yolluya bilərlər subjectin yerinə vakansiyanın adını ” Mühasib köməkçisi  ” qeyd edərək .

  15. Baş mühasibin müavini – Sumgait Technologies Park
    Vəzifə öhdəlikləri:• Mövcud olan qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunuvə hesabatlılığını təşkil edir;
    • Dövlət büdcəsinə ödənilşlərin düzgün hesablanılması və vaxtında köçürülməsi, Dövlət Sosial Müdafiə Fonduna sosial ayırmaların hesablanmasını təmin edir;
    • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin edir;
    • Xərc smetalarin icrası, mal satışı, işlərin görülməsi və xidmətlərin görülməsinin uçotunu aparır;
    • İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirir;
    • Əmək haqqı fondunun xərclənməsinə, ştat cədvəlinə ciddi riayət olunmasına nəzarət edir;
    • Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsinə nəzarət və iştirak edir.

    Təhsil/Təcrübə:

    • Ali iqtisadi təhsil (Mühasibatlıq sahəsində təhsil arzuolunandır);
    • Analoji sahədə ən azı 5 il iş təcrübəsi (İstehsalat təcrübəsi arzuolunandır);
    • Mühasibat balanslarının və hesabatlarının tərtib edilməsi qaydalarını bilməli;
    • Azərbaycan dilində sərbəst istifadəçi səviyyəsində bilməli (Rus və ya İngilis dili biliyi arzuolunandır);
    • Microsoft Excel və 1C proqramlarını peşəkar istifadəçi səviyyəsində bilmək;
    • Beynəlxalq sertifikasiya arzuolunandır;
    • Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;

    Əlavə məlumatlar:

    • Əmək haqqı razılaşma əsasında;
    • Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
    • İş qrafiki: 5 gün, 09:00 – 18:00
    • E-mail: [email protected]

  16. Mühasib köməkçisi – ZZ Procurement MMC
    Tələblər :- Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili və aparılması
    – Satış və debitor hesabatın hazırlanması
    – Müştərilər tərəfindən edilən ödənişlərin uçotu və gündəlik nəzarət edilməsi
    – Məsuliyyətlik, Dəqiqlik qabiliyyətinin olması.
    – MS Excel və 1C (8.3/7.7) proqramları ilə işləmək bacarığı;
    – Azərbaycan və Rus dili bilikləri;
    – Əmək haqqı – 300 -400  manat
    – İş qrafiki: Həftənin 6 günü, saat 09:00-dan 18:00-dək ( 6 cı gün 5 saat)
    – Xanım namizədlər

    Ofis unvani  Dərnəgül bazari. Polisan MMC yaxinligi

    Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını (CV – foto şəkil ilə)  [email protected]  elektron poçt ünvanlarına göndərə bilərlər. Xahiş olunur  CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.

Son xəbərlər
Digər xəbərlər