6 C
Baku
Saturday, December 14, 2024

Proqramlaşdırma şöbəsi – Mütəxəssis – PASHA Life

Vakansiya haqqında məlumat:

Struktur bölmə : Proqramlaşdırma şöbəsi

Vəzifə : Mütəxəssis

Əmək haqqı : Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi) : 09:00-18:00
Son müraciət tarixi :  20 sentyabr 2018

Əsas vəzifə öhdəlikləri:

1.  Şirkətin, onun filial və nümayəndəliklərinin işinin avtomatlaşdırılması üçün idarəetmə sistemlərinin yaradılması istiqamətində proqram təminatını, onun tətbiqi üçün verilən tapşırıqları analiz etmək;
2.  Proqram təminatının hazırlanması üçün əlavə sənədləri (texniki təsvir, istismar olunması üzrə təlimat) nəzərdən keçirmək və modellər hazırlamaq;
3.  Yeni informasiya texnologiyalarının və proqram təminatının təkmilləşdirilməsini həyata keçirmək və şirkətin iş fəaliyyətində onların tətbiq edilməsini həyata keçirmək;
4.  İstifadə olunan kompüter proqramları üzrə bütün seqmentlərin işinin effektiv təminatını həyata keçirmək;
5.  Şirkətin struktur bölmələrinin sifarişlərini vaxtında və lazımi səviyyədə icra etmək;
6.  Biznesə dəstək məqsədi ilə məhsullar üzrə verilmiş texniki tapşırıqları analiz etmək  və texniki tapşırığa uyğun C# və ASP.NET proqramlaşdırma dillərində, MSSQL Server verilənlər bazasında işləyən proqram təminatlarını avtomatlaşdırmaq;
7.  Daxili prosesləri analiz etmək və avtomatlaşdırılmış hesabat sistemini qurmaq;
8.  Onlayn sistemi hazırlamaq və idarə etmək.

Namizədə olan tələblər:

İş təcrübəsi : Sahə üzrə ən azı 1 il iş təcrübəsi tələb olunur;
Təhsili/ixtisası : İstənilən ixtisas üzrə ali təhsil tələb olunur, informasiya texnologiyaları sahəsində təhsilə üstünlük verilir;
Dil bilikləri : Azərbaycan dilini mükəmməl bilməlidir, rus və ingilis dillərindən ən azı birini yüksək səviyyədə bilməlidir;
Kompüter bilikləri : SQL(MSSQL) biliyi olmalı, C#.Net, ASP.net proqramlaşdırma dillərini bilməli, HTML, Jquery, CSS-lə yaxşı səviyyədə işləmə bacarığı olmalıdır;
Üstünlüklər: Maliyyə sahəsində biznes proseslərinin idarəedilməsi üzrə iş təcrübəsi, ERP proqramlarından istifadə sahəsində təcrübə üstünlükdür;

Fərdi keyfiyyət tələbləri :

Məlumatı toplamaq və təhlil etmək bacarığı/Analitik düşüncə; təqdimetmə bacarığı;  riyazi bacarıqlar; məxfi rejimdə işləmək və məlumatların məxfiliyini təmin edə bilmək; proseslərin avtomatlaşdırılması və optimallaşdırılması bacarığı; etibarlılıq; komanda ilə işləyə bilmək; aktiv öyrənmə bacarığı; məsuliyyətlilik (icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönümlülük, nəticəyə meyllilik bacarığı); təşəbbüskarlıq və yenilikçilik bacarığı.

İmtiyazlar:

Könüllü tibbi sığorta : 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az ; (012) 567-32-36

Vakansiya üçün müraciət qaydası : CV-lər “Proqramlaşdırma şöbəsinin mütəxəssisi” mövzusu ilə [email protected] ünvanına göndərilməlidir.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Son xəbərlər
Digər xəbərlər