24 C
Baku
Friday, September 27, 2024

TuranBankın aktivləri 247,4 mln. manat oldu

2014-cü ilin fevral ayının 1-nə TuranBankın aktivləri 2013-cü ilin analoji dövrü ilə müqayisədə 15,57%, ötən ilin sonu ilə müqayisədə isə 0,23% artaraq 247,421 mln. manat təşkil etmişdir. Hesabat tarixinə bankın kredit portfeli 2013-cü ilin analoji dövrü ilə müqayisədə isə 9,93% artaraq 178,221 mln. manata çatmışdır.

Cari ilin yanvar ayı üzrə Bankın müştəri hesabları və depozit portfeli 108,743 mln. manat təşkil etmişdir. Depozit portfelinin strukturunda fiziki şəxslərin müddətli əmanətləri 2013-cü ilin analoji dövrü ilə müqayisədə 29,77% artaraq 61,925 mln. manat təşkil etmişdir.

1 fevral 2014-cü il tarixinə Bankın nizamnamə kapitalı 44 mln. manat təşkil etməklə ötən ilin müvafiq dövrü ilə müqayisədə 46,67% artmışdır. Hesabat dövründə Bankın məcmu kapitalı ötən ilin sonu ilə müqayisədə 1,14%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 32,92% artaraq 51,065 mln. manat təşkil etmişdir.

Bankın nizamnamə kapitalının strukturu ümumilikdə 28 səhmdar olmaqla – 6 hüquqi (29,11%) və 22 fiziki şəxsdən (70,89%) ibarətdir. Ötən ilin sonu TuranBankın səhmlərin 3028 ədədini əldə edən ABŞ-da idarə olunan ShoreCap II Ltd. Fondu 7,45% payla Bankın səhmdarları sırasına qatılmışdır. Bankın yeni səhmdarının əsas fəaliyyəti Asiya və Afrika qitələrində inkişaf etməkdə olan ölkələrdə fəaliyyət göstərən banklara, mikro maliyyə institutlarına və qeyri-bank maliyyə təşkilatlarına investisiya qoyuluşlarıdır.

2014-cü ilin yanvar ayı üzrə fəaliyyət nəticələrinə əsasən Bankın gəlirləri 2,434 mln. manat, xərcləri isə 1,851 mln. manat təşkil etmişdir. Hesabat dövrü ərzində Bankın balans mənfəəti 583 min manat olmuşdur.

Son xəbərlər
Digər xəbərlər