24 C
Baku
Friday, September 27, 2024

Professionallıq və vərdişlər

Reklam agentlikləri vasitəsi ilə işə götürən yeni şirkət açıldığı və yeni şirkətə işçi tələb olduğu haqqında bildirir.

Çox saylı namizədlər arasında işə götürən müsahibəyə iki namizədi dəvət edir. Müsahibə zamanı işə götürən hər iki namizədi diqqətlə izləyirdi.

İlk namizəd otağa daxil olur və arxasıyca qapını örtmür. İşə götürən onunla müsahibə keçirdir və sonra ondan gözləmə otağında gözləməsini xahiş edir.

İkinci namizəd otağa daxil olan kimi qapını örtür. Onunla müsahibədən sonra işə götürən ondan həmçinin gözləmə otağında gözləməsini xahiş edir.
İşə götürən öz yanına katibini çağırır.

– Birinci namizəd bütün tələblərə cavab verir, lakin mən işə ikinci namizədi götürməyə qərar verdim. Çünki birinci namizəd otağa daxil olan kimi arxasıyca qapını bağlamadı, deməli o, tənbəl insandı. İkinci namizəd otağa daxil olanda qapını örtdü. Buna görə ikinci namizəd səriştəsiz olmasına baxmayaraq, o, qısa bir zamanda hər şeyi öyrənəcək.

Bir insanın öz ixtisasında mütəxəssis olmasına baxmayaraq, əgər o, adi davranış qaydalarına malik deyilsə, uğura nail ola bilməyəcək.

Son xəbərlər
Digər xəbərlər