1 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda dollarla depozitin həcmi artdı

Azərbaycanda dollarda banklara yerləşdirilən xarici valyutalı əmanətlərin həcmi avqust ayı ərzində yenidən artmağa başlayıb.

Banker.az bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankına istinad edir.

Hesabatda qeyd edilir ki, xarici valyutada əmanətlərin ümumi həcmi sentyabrın 1-nə 9 mlrd. 540,6 mln. manat təşkil edib ki, bu da bir ay ərzində 2%-ə yaxın artım olması deməkdir. Məlumat üçün bildirək ki, avqustun 1-nə bu rəqəm 9 mlrd. 368,2 mln. manat təşkil edirdi.

Lakin, bu hələ də ilin əvvəlindəki rəqəm olan 10 mlrd 471 mln. manata çata bilməyib.

Son xəbərlər
Digər xəbərlər