Maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2026-сı ilin yanvar-mart aylarında 115,2 milyon manatlıq məhsul istehsal edilib.
Banker.az DSK-ya istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,4 dəfə artmış, maşın və avadanlıqların istehsalı isə 49,7 faiz azalmışdır.
2026-сı ilin yanvar-mart aylarında 1138 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 164 ədəd az (12.3% az) minik avtomobili istehsal olunub.
01.04.2026-cı il vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 407 ədəd olub.





