14 C
Baku
Wednesday, April 30, 2025

Ən qeyri-adi qadağalar

Türkiyədə 80 yaşından yuxarı olan insanlar pilot olmaq hüququndan məhrum edilir.

Almaniyada avtobanda hərəkət edən zaman yanacaq çəninizdə benzin qurtararsa, sizin qanunla olan problemləriniz həll edilir.

Taylandda alt paltarı geymədən evdən çıxmaq qadağandır.

Sinqapurda saqqız çeynəmək qadağandır.

Saint-Salvadorda sərxoş sürücü ölüm cəzasına məhkum edilə bilər.

Avstraliyada, Viktoriya ştatında öz evinizdə lampanı dəyişmək üçün ixtisaslı elektrikə müraciət etməli olacaqsınız.

Fransada donuzlara Napoleon adı qoymaq qadağan edilib.

İtaliyada artıq çəkidən əziyyət çəkən insanlara sintetik parçadan olan paltar geymək qadağandır.

Londonda yoluxucu xəstəlikdən əziyyət çəkən insanların taksidən istifadə etmələri qadağandır.

Avstraliyada heyvanlara yemək adlarının ləqəb kimi qoyulması qadağandır.

İngiltərədə üzərində kraliçanın təsviri olan markanın baş-aşağı yapışdırılması xəyanət hesab edilir.

Samoada kişinin öz həyat yoldaşının doğum gününü unutması cinayət hesab edilir.

Fransada “Yad planetli” oyuncağının satışı qadağandır.

Londonda quduz olmuş itləri və yaxud cəsədləri taksidə aparmaq qanunsuzluq hesab edilir.

Həmçinin İngiltərədə parlament binasında vəfat etmək qadağandır.

Barselonada küçələrdə çimərlik geyimi ilə gəzmək qadağandır.

Kanadada mağazalar müştərilərdən qəpik qəbul etməyə məcbur deyillər.

İtaliya, Ebolidə hərəkət edən nəqliyyat vasitəsində öpüşmək qadağandır.

İtaliya, Kapridə yüksək səs çıxardan ayaqqabı geymək qadağandır. Burada bu  səbəbdən hətta bir neçə turist həbs də olunmuşdu.

Barbadosda istənilən kamuflyaj forması geymək qadağandır.

İngiltərədə hələ də elə bir qanun qüvvədədir ki, bu qanun 14 yaşdan yuxarı bütün kişilərin hər gün iki saat ox atmağı məşq etmələrini tələb edir.

Son xəbərlər
Digər xəbərlər