22 C
Baku
Friday, September 27, 2024

İnamın gücü

Bir sahibkarın çox sayda borcu var idi və o nə edəcəyini bilmirdi. Kredit verənlər isə daim onu narahat edirdilər.

Həmin sahibkar parkda skamyada oturub şirkətinin müflisləşmədən nəyin qurtara biləcəyi haqqında düşünürdü.

Qəfildən onun qarşısına yaşlı bir kişi çıxır.

– Mən görürəm ki, sizi nə isə narahat edir.

Yaşlı kişi sahibkarı dinlədikdən sonra deyir:

– Düşünürəm ki, mən sizə kömək edə bilərəm.

Yaşlı kişi sahibkardan onun adını soruşur, qəbz yazır və qəbzi sahibkara verərək deyir:

– Bu pulları götürün. Düz bir ildən sonra görüşək. Həmin vaxt siz mənə pullarımı qaytara biləcəksiniz.

Daha sonra qoca kişi gəldiyi kimi gedir.

Sahibkar əlindəki qəbzin 500 min dollar məbləğində olduğunu görür. Qəbz Con Rokfellerin adına imzalanmışdı. Həmin dövrdə Con Rokfeller dünyanın ən varlı insanlarından biri idi!

“Mən bütün problemlərimi bir anda həll edə bilərəm!”- deyə sahibkar fikirləşir. Lakin borclarını ödəmək əvəzinə sahibkar qəbzi öz seyfinə qoyur. Sahibkarı onun seyfində  qəbzin olması artıq ruhlandırırdı. O, bütün gücü ilə biznesini  inkişaf etdirməyə başlayır.

Sahibkar uğurlu sazişlər bağlayır. Bir neçə ay ərzində o, borclarından qurtulur və onun biznesi çiçəklənməyə başlayır.

Düz bir ildən sonra sahibkar əlində qəbz ilə həmin parka gəlir. Yaşlı kişi də görüş yerinə gəlir. Sahibkar artıq ona qəbzi qaytarmaq və ona öz uğurlarından bəhs etmək istəyirdi ki, qəfildən tibb bacısı gəlir, qoca kişinin qoluna girir və deyir:

– Mən onu tapdığıma çox sevindim! Ümid edirəm ki, o, sizi narahat etməyib. Çünki o, daim evdən qaçır və özünü Con Rokfeller kimi təqdim edir.

Sahibkar çox təəccüblənir və heyrət içərisində donub qalır. Bu bir il ərzində o, öz biznesini qurtarmaq üçün hər şey edirdi və uğura nail olmuşdu. Çünki o, əmin idi ki, onun seyfində yarım milyon dollar pul var.

Sahibkar başa düşür ki, bu pulların həqiqi olmasına baxmayaraq onlar onun həyatını dəyişdirmişdilər.

Bu hadisə ona daha da böyük uğur qazanmaq üçün özünə inam qazandırır.

Son xəbərlər
Digər xəbərlər

4 ŞƏRH

Comments are closed.