2 C
Baku
Sunday, December 15, 2024

Kamran Əliyev: “Korrupsiya cəmiyyət üçün zərərlidir”

“Xəstəlik insan orqanizmi üçün nə qədər zərərlidirsə, korrupsiya da cəmiyyət üçün o qədər zərərlidir”

Banker.az AzVision-a istinadən xəbər verir ki, bunu Baş prokurorun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.

K.Əliyev qeyd edib ki, buna görə də korrupsiyaya qarşı mübarizə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən biridir.

Onun sözlərinə görə, korrupsiyaya qarşı mübarizə özü-özlüyündə yalnız ixtisaslaşmış qurum tərəfindən aparılsa da, bunun daha səmərəli olması üçün digər dövlət qurumları ilə əməkdaşlıq edilməlidir: “Birgə fəaliyyət, məqsəd olmadan korrupsiyaya qarşı mübarizənin səmərəsi effektli olmaz”.

Son xəbərlər
Digər xəbərlər