6 C
Baku
Wednesday, January 15, 2025

Ən uduşlu təkliflər

Uduşlu təkliflər elə bir təkliflərdilər ki, onlar istifadəçiləri məhz sizdən məhsul almağa məcbur edirlər.

Məşhur amerikalı biznes-analitik Ceffri Ceyms (Geoffrey James) ən uduşlu üstün cəhətlərə diqqət yetirir. Həmin cəhətlər rəqabət bazarında uğura nail olmağa kömək edir.

Aşağı qiymətlər

Məhsulların qiymətini endirmək üçün artıq əməliyyat xərclərindən qurtulmaq lazımdır. Bunun üçün istehsal və distribusiya proseslərini nəzərdən keçirmək lazımdır. Əgər sizin rəqibiniz öz məhsulunu Çində istehsal edirsə, siz işçi qüvvəsi daha ucuz olan ölkələrdən sifariş edə bilərsiniz.

Ən yaxşı məhsullar

Məhsulun unikal, onu digər məhsulların fonunda fərqləndirən cəhətlərini aşkar etmək lazımdır. Hansı məhsulun unikal olduğunu başa düşmık üçün rəqabət təhlili etmək lazımdır. Belə məhsulun yaradılması sizin rəqabətlərinizi öldürəcək.

İstifadəçilərin rahatlığını təmin etmək

Çalışın ki, istifadəçilər üçün alış-veriş prosesini asanlaşdırın və yaxud istifadəçiləri vaxt itkisindən və xoşagəlməz emosiyalardan azad edin. Öz vaxtına qənaət etmək və əsəblərini qorumaq üçün bir çox istifadəçilər əlavə pul ödəməyə belə hazırdırlar.

Son xəbərlər
Digər xəbərlər