6 C
Baku
Sunday, December 15, 2024

Hüquqşünas (Bakı) – “KredAqro” BOKT MMC

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC Baş Ofis üçün  “Hüquqşünas (Bakı)” vəzifəsinə işçi axtarışı elan edir.
Əsas vəzifə və öhdəliklər:
  • Məhkəmə, dövlət hakimiyyəti və idarəetmə orqanları, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında Təşkilatı təmsil etmək yolu ilə onun hüquq və mənafelərinin müdafiə olunmasının təmin edilməsi;
  • Təşkilat tərəfindən verilən iddia və digər ərizələrin hazırlanması, Təşkilata qarşı verilən iddialar üzrə etirazların, mülahizələrin, çıxarılmış məhkəmə qərarları üzrə şikayətlərin hazırlanması;
  • Təşkilat fəaliyyətinin müxtəlif istiqamətləri üzrə müqavilələrin hazırlanması;
  • Təşkilatın rəhbərliyi tərəfindən verilmiş tapşırıqlara müvafiq olaraq təşkilatdaxili normativ sənədlərin hazırlanması, sənədlərə dair hüquqi rəylərin verilməsi;
  • İcra işləri üzrə İcra məmurları ilə işləmək;
  • Rəsmi yazışmaları təmin etmək.
Tələb olunan keyfiyyətlər:
  • Hüquq sahəsində ali təhsilinin olması;
  • Azərbaycan Respublikasının mülki, mülki-prosessual, əmək, inzibati hüququnun, vergi hüququnun əsaslarının bilməsi;
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilmək;
  • Yüksək qavrama və öyrənmə qabiliyyəti;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
  • Kompyuter bilikləri;
  • Bank sektorunda hüquqi işin, o cümlədən, məhkəmə işlərinin aparılması təcrübəsinə malik olan şəxslərə üstünlük verilir.
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində (Hüquqşünas) qeyd etməklə göndərmələri xahiş olunur.
“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC haqqında ətraflı məlumatı www.kredaqro.com web səhifəsindən əldə edə bilərsiniz.
Son xəbərlər
Digər xəbərlər