2026-cı ilin yanvar-iyun aylarında Azərbaycana gələn əcnəbi şəxslərin sayı illik müqayisədə 10,3% azalaraq 1 milyon 92,6 min nəfər təşkil edib.
Banker.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin məlumatlarında qeyd edilib.
Belə ki, ölkəyə gələnlərin 28,1%-i Rusiya, 21%-i Türkiyə, 8,2%-i İran, 4,9%-i Gürcüstan, 4,6%-i Qazaxıstan vətəndaşları olub.
Hesabat dövründə Avropa İttifaqı ölkələrindən gələnlərin sayı 9,3% artaraq 54,4 min nəfərə, MDB ölkələrindən gələnlərin sayı isə 1,8% artaraq 430,4 min nəfərə çatıb. Buna qarşılıq, körfəz ölkələrindən gələnlərin sayı 31,4% azalaraq 127,7 min nəfər olub.
Azərbaycana gələn əcnəbilərin 71,1%-i hava, 27,5%-i dəmir yolu və avtomobil, 1,4%-i isə dəniz nəqliyyatından istifadə edib.







