“Facebook” sosial şəbəkəsi özünün mesajların ani mübadiləsi üzrə tətbiqi – “Messenger”in 4-cü versiyasını istifadəyə verib.
Banker.az-ın Trend-ə istinadla məlumatına görə, bu barədə şəbəkənin internet-bloqunda deyilir.
“Bu gündən başlayaraq biz “Messenger”in yeni, sadələşmiş versiyasını işə salırıq”, – deyə məlumatda bildirilir.
Bloqda bildirildiyi kimi, “Facebook” araşdırma nəticəsində belə bir nəticəyə gəlib ki, sosial şəbəkənin istifadəçilərinin 70 faizi “Messeger”in istifadəsində ən əsas prioritet sadəliyi hesab edir: “Buna görə də tətbiqin yeni versiyasının interfeysi sadədir”.