BMW yüzminlərlə avtomobilini geri çağırır

BMW şirkəti mühərrik starterinin həddindən artıq qızması və bunun da yanğına səbəb ola biləcəyi təhlükəsi ilə əlaqədar ABŞ-də 318 495 avtomobilini geri çağırır.

Bu barədə “Reuters” agentliyi ABŞ-nin Milli Avtomobil Yollarında Hərəkətin Təhlükəsizliyi İdarəsinə (NHTSA) istinadən məlumat yayıb.

Geriçağırma kampaniyasına bir neçə BMW modeli, o cümlədən 3 və 4 seriyaları, “X3” və “X4” krossoverləri, eləcə də BMW ilə ortaq platformada yığılmış “Toyota Supra” daxildir.

Qeyd olunan kampaniya çərçivəsində rəsmi dilerlər qüsurlu olan bütün avtomobillərdəki starterləri tamamilə pulsuz şəkildə yeniləri ilə əvəz edəcəklər.

MənbəMODERN.AZ
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər