21 C
Baku
Saturday, May 4, 2024

“Tesla” salonunun dizaynında dəyişiklik edilib

“Tesla” şirkətinin baş direktoru İlon Mask “Tesla Model S” və “Tesla Model X” elektromobillərinin salonunun dizaynında dəyişiklik edildiyini elan edib.

Banker.az Reporta istinadla xəbər verir ki, Mask bu barədə öz “Twitter” mikrobloqunda yazıb.

“İstehsalın sadələşdirilməsi üçün “Tesla Model S” və “Tesla Model X”in daxili dizaynının bir çox konfiqurasiyaları 1 noyabrdan müştərilər üçün əlçatmaz olacaq”, – deyə o yazıb.

Qeyd edək ki, İlon Mask “Tesla”nın Direktorlar Şurasının sədri vəzifəsini tərk edəcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər