3 C
Baku
Saturday, December 14, 2024

Bank of Baku – internet sorğunun qalibidir

Ötən il Banker.az saytı kərəfində keçirilən sorğuda qalib olan Bank of Baku bu il də digət saytın sorğusunda qalib oldu.

Azərbaycanın xəbər portallarından olan www.day.az saytının keçiridiyi sorğuda “Bank of Baku” oxucuların ən çox səsini toplayan bank olub. Saytın “Siz hansı banka üstünlük verirsiniz?” («Какому банку вы отдаете предпочтение?») sualına cavab verənlərin 14.24%-i “Bank of Baku”-nu qeyd edib. Beləliklə, “Bank of Baku” sorğuda adı hallanan onlarla yerli bank arasında ən çox səs toplayaraq reytinqin birinci pilləsində qərarlaşıb. Bir aydan çox davam edən sorğuda minlərlə internet istifadəçisi iştirak edib.

“Bank of Baku” sorğudakı birinciliyi son illər istehlakçıları məmnun edən yeni məhsul və xidmətlərin təqdim edilməsi və mövcud məhsul və xidmətlərin təkmilləşdirilməsinə müştərilərin müsbət reaksiyası kimi qəbul edir. Bolkart kredit kart sahiblərinin durmadan artması, daimi müştərilər üçün imtiyazlı “Dostlar klubunun” kartları və digər müsbət tendensiyalar “Bank of Baku” tərəfindən istehlakçıların etimadı kimi qiymətləndirilir.

Xatırladaq ki, Bank of Baku ilk dəfə deyil ki, internet istifadəçilərin yüksək etibarını qazanır.

Ötən il iki yerli onlayn nəşr banker.az və facemark.az saytları tərəfindən keçirilmiş bank sorğularında “Bank of Baku” birinciliyi əldə etmişdir.

Son xəbərlər
Digər xəbərlər