11 C
Baku
Tuesday, December 23, 2025

Dövlət komitəsi “Khazar SD” avtomobilləri alır

Dövlət Statistika Komitəsinin (DSK) Gəncə və Lənkəran şəhər, Qazax və Cəlilabad rayon Statistika İdarələri üçün 4 ədəd “Khazar-SD” markalı avtomobil alınacaq.

Banker.az xəbər verir ki, 19 oktyabr tarixində imzalanan tender müqaviləsinə əsasən “Azərmaş” MMC-yə avtomobillərin müqabilində toplam 66 min manat (16 500, 16 500, 16 500, 16 500 manat) ödəniləcək.

Qeyd edək ki, həmin gün “Azərmaş” Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilə 2 “Khazar-SD” avtomobilinin satılmasına dair 33 min manatlıq digər tender müqaviləsi imzalayıb.

Xatırladaq ki, bu ayın əvvəlində Mənəvi Dəyərlərin Təbliği Fondu 22 ədəd eyni markalı avtomobilin alınmasına dair “Azərmaş”la 359 986 manatlıq müqavilə imzalayıb.

Son xəbərlər
Digər xəbərlər