ADNSU 2-ci korpusunun əsaslı təmiri üçün 26 milyon manatlıq tender elan edib.
Banker.az xəbər verir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) tədris binalarının infrastrukturunun yenilənməsi məqsədilə iri həcmli təmir-tikinti işlərinə start verir.
Universitet 2-ci korpusun əsaslı təmir işlərinin satın alınması ilə bağlı açıq tender elan edib.
Müsabiqə şərtlərinə əsasən, nəzərdə tutulan təmir işlərinin ehtimal olunan qiyməti 26 036 513 manat təşkil edir.







