8 C
Baku
Tuesday, December 23, 2025

Latviya şirkəti Azərbaycanda əməkdaşlıq qurub

Latviyanın “OSS Networks Ltd.” şirkəti mobil operatorlar üçün “SmartMex” platformasını tətbiq edib. Platforma qrup zənglər, danışıqlar və zənglərin qeyd olunmasında yeni funksiyalar hazırlayıb. Şirkət dünya bazarına çıxmağa hazırlaşır, artıq Azərbaycan və Ukraynada əməkdaşlıq qurub. Bu barədə Banker.az Azərtac-a istinadla xəbər veririr.

Şirkətin məlumatında bildirilir ki, hər iki ölkədəki tərəfdaş şirkətlər ölkənin mobil telefon satışında ən azı 35 faiz paya malikdir. Əməkdaşlıq ilkin olaraq 2,5 illik müddəti əhatə edəcək.

“OSS Networks Ltd.” Latviyanın “İxracat və innovasiyalar 2018” müsabiqəsində “İlin innovasiyalar məhsulu” kateqoriyasında qalib olub.

Son xəbərlər
Digər xəbərlər