22 C
Baku
Friday, September 27, 2024

Microsoft  kart yeri olmayan ATM  yaradıb

Microsoft  Avstraliya Milli Bankı ilə birlikdə, şəxsiyyət vəsiqəsi vasitəsi ilə nağd pul verə bilən bir ATM inkişaf etdirib.

Banker.az xəbər verir ki, Microsoft Avstraliya Milli Bankı (NAB) ilə birlikdə, bank kartı üçün heç bir yer olmayan bir ATM yaradıb. Bunun əvəzinə hesaba daxil olmaq və hər hansı bir maliyyə əməliyyatını həyata keçirmək üçün bir üz tanıma sistemi istifadə edilir. ATM pul köçürməsivə ya pul çıxarılması əməliyyatlarını təsdiqləmək üçün standart dörd rəqəmli PIN tələb edir.

Microsoft və NAB bu metodun daha yüksək səviyyədə qorunması səbəbindən şəxsin barmaq izini deyil, üz tanıma isisteminə üstünlük verib. Bank kartını cüzdandan çıxarmamaq olar və hətta evdə saxlamaq mümkündür , bu da hesabdan pul oğurluq ehtimalını azaldır. Cinayətkarlar, skimmer vasitesi ilə ondan məlumatları oğurlaya bilmiyəcəklər, və ya daha sonra onlayn və müntəzəm mağazalarda alış-verişdə  istifadə edə bilmək üçün məlumatları əldə edə bilməyəcəklər.

Avstraliya Milli Bankı maliyyə hissəsindən, Microsoft isə layihənin bütün texniki aspektlərinin həyata keçirilməsindən məsuldur. Hər şeyin  başında Azure Cognitive Servicesin müxtəlif xidmətləri var və onlar öyrənmə imkanı ilə süni intellektə əsaslanırlar. Bu alqoritmlər bir istifadəçinin üzünü tanımaq və əldə edilmiş məlumatları bir bulud xidmətinə yüklənmiş bank hesabı sahibinin fotoşəkilləri ilə müqayisə etmək üçün lazımdır.

ATM-in yaddaşında heç bir şəxsi məlumat saxlanmır: şəkilləri müqayisə etmək üçün bütün məlumatlar Microsoft bulud xidmətlərindən yüklənir.

Hazırda NAB və Microsoft-dan olan ATM bir nüsxədə mövcuddur: onun prototipi ötən çərşənbə axşamı Sidneydə təqdim edilmişdir.

Son xəbərlər
Digər xəbərlər