ƏSF: Azərbaycanda fiziki şəxslərin əmanətlərinin 83%-i qorunan əmanətlərdir

Aktiv banklardakı əmanətlərdə fiziki şəxslərin əmanətlərinin 83 faizi qorunan, 17 faizi isə qorunmayan əmanətlərdir.

Bu barədə Əmanətlərin Sığortalanması Fondunun İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Sevinc Səlimova Fondun Milli Mətbuat Gününə həsr olunmuş Dialoq və Əməkdaşlıq Forumunda bildirib.

Onun sözlərinə görə, ümumi əmanət portfeli üzrə isə əmanətlərin 99,76 faizi qorunan, 0,21 faizi qorunmayan, 0,3 faizi isə notariusun depozit hesabına yerləşdirilmiş fiziki şəxslərə məxsus pul vəsaitlərindən ibarətdir:

“Qorunan əmanətlərin 76,2 faizi milli valyutada yerləşdirilən əmanətlərdir, xarici valyutada yerləşdirilənlər isə 23,7 faiz təşkil edir. Hazırda sığortalanan əmanətlər üzrə maksimal faiz dərəcəsi milli valyutada 12 faiz, xarici valyutada isə 2,5 faiz müəyyən olunub”.

MənbəAPA
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər