10 C
Baku
Wednesday, December 11, 2024

İranla Azərbaycan arasında əlavə aviareyslər açılacaq

AZAL Prezidenti Cahangir Əsgərov oktyabrın 26-da Bakıda səfərdə olan “Iran Air” aviaşirkətinin rəhbəri Fərzanə Şərəfbafinin (Farzaneh Sharafbafi) başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZAL-ın mətbuat xidmətindən Banker.az-a verilən məlumata görə, görüş zamanı tərəflər “Azərbaycan Hava Yolları” və “Iran Air” arasında əməkdaşlığın gələcək inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

C.Əsgərov qonaqlara son illər Azərbaycan mülki aviasiyası sahəsində işlərin vəziyyəti barədə danışıb və Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin axınının rekord səviyyədə artdığını vurğulayıb. Paytaxt hava limanı 2018-ci ilin doqquz ayı ərzində 3,49 milyon sərnişinə xidmət göstərib (ötən ilin analoji göstəricisindən 10 faiz çox). Yeni reyslərin açılması nəzərə alınmaqla qarşıda 2020-ci ilin yekunları üzrə bu göstəricinin ildə 7 milyon nəfərə kimi artırılması kimi prioritet vəzifə dayanır.

C.Əsgərovun sözlərinə görə, İran Azərbaycanla sərhəddir və cənub qonşusuna sərnişin axının artırılması üçün tam dəstək göstəriləcək.

F.Şərəfbafi Azərbaycan mülki aviasiyası sahəsində gördüyü tərəqqinin onda böyük təəssürat doğurduğunu qeyd edib. Onun sözlərinə görə, iranlı turistlərin Azərbaycana marağı daima artır.iranair 2018 1cahangir

F.Şərəfbafi Bakıda aparılmış danışıqların əməkdaşlığın daha da genişlənməsinə təkan verəcəyinə ümidvar olduğunu bildirib.

Görüşdə tərəflər iki ölkə arasında aviadaşımaların daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi üzrə qarşılıqlı səylərin birləşdirilməsinə dair niyyətlərini bildiriblər.

Qeyd edək ki, Bakı-Tehran reysi daha çox tələb olunan istiqamətlərdən biridir. AZAL-ın tərkibinə daxil olan “Buta Airways” loukosteri Tehrana hər gün, “Iran Air” aviaşirkəti isə həftədə iki dəfə uçuşlar yerinə yetirir.

Son xəbərlər
Digər xəbərlər