2 C
Baku
Sunday, December 15, 2024

“Bakı Sığorta”nın səhmdarları növbədənkənar toplaşacaqlar

Noyabrın 26-da, saat 11:00-da “Bakı Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Banker.az xəbər verir ki, yığıncaq şirkətin Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 315C ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyi açıqlanmayıb.

Xatırladaq ki, “Bakı Sığorta” ASC 9 fevral 1994-cü il tarixindən etibarən tam lisenziyalı sığorta fəaliyyəti həyata keçirir. Təsisçiləri “Bank Respublika”, ASC “Yeni Motor” MMC, “Diamond Motors” MMC, “Subaru Azərbaycan” MMC və 2 fiziki şəxsdir. Şirkətin nizamnamə kapitalı 8 925 444 manat təşkil edir.

Son xəbərlər
Digər xəbərlər