22 C
Baku
Friday, September 27, 2024

TuranBankdan yeni kampaniya

TuranBank Novruz Bayramında yeni “Baden-Badenə səyahət” kampaniyasına başlamışdır. Kampaniyanın şərtlərinə əsasən fevral ayının 21-i mart ayının 19-u (daxil olmaqla) tarixləri aralığında bankın bütün satış nöqtələrində 2000 AZN-dən 10000 AZN-dək istehlak krediti alan hər 100-cü müştəri Baden-Baden şəhərinə səyahət turu qazanacaq. Səyahət paketinə vizanın alınması istisna olmaqla aviabilet, səyahət sığortası və mehmanxanada bir həftəlik qalma haqqı daxildir.

Kampaniyada bankın istər mövcud, istərsə də yeni müştəriləri iştirak edə bilər.

Son xəbərlər
Digər xəbərlər