Baş-nazir vəzifəsi Uinston Çörçilldən təyyarələrdə özəl uçuşları tələb edirdi. Müharibə getdiyindən alman hücumlarından qorunmaq üçün həddindən artıq yüksəkdən uçmaq lazım gəlirdi. Lakin 1941-ci ilin sonunda Çörçillin 67 yaşı var idi və bir dəfə infarkt keçirmişdi. Həkimlər qan təzyiqinin baş-nazir üçün pis nəticələnə biləcəyindən qorxurdular.
O dövrdə təyyarələrin salonları hermetik deyildi.
Bəs bu zaman britaniyalılar nə edirlər? Onlar baş-nazirin şəxsi təyyarəsində hermetik kapsula quraşdırırlar və nazir məhz səyahətlərini bu kapsulun içərisində həyata keçirirdi. Bu kapsul naziri qəfil güllədən qorumaq iqtidarında idi. Lakin onun ən başlıca məqsədi kapsulun daxilində daimi təzyiqi sabit olaraq saxlamaq idi. Kapsulun daxilində təzyiq 1550 metr hündürlükdə olan təzyiqə bərabər idi.
Bu kapsulun başqa xüsusiyyətləri də var idi. Belə ki, o çox rahat olmaqla daxilində işıqlandırma, telefon, içəridəki havanı və siqaret tüstüsünü təmizləmək üçün ventilyasiya sistemi var idi.