20 C
Baku
Tuesday, April 30, 2024

Manatla banklararası kredit faizləri aşağı düşüb

Azərbaycanda manatla ayrılan banklararası kreditlər üzrə orta faiz dərəcəsi sentyabr ayında 0,2 faiz bəndi azalaraq oktyabrın 1-nə illik 10,42% təşkil edib.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, hesabat ayında xarici valyutada kreditlərdə isə orta faiz dərəcəsi 4,86%-dən 4,98%-ə yüksəlib.

Qeyd edək ki, ilin əvvəlində manatda banklararası kreditlər üzrə orta faiz 11,80%, xarici valyutada isə 4,93% təşkil edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər